Maliyyə və Büdcə hesabatlığı üzrə Baş Mütəxəssis

  • Star Mining LLC
  • Elanın qoyulma tarixi: 06.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • 3-4 illik analoji iş təcrübəsi
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
  • Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
  • Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
  • MS Office proqramları üzrə biliklər ;

Vəzifə təlimatı:

  • Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verəcək şəkildə icra etmək;
  • Layihə, departament və şöbələr tərəfindən illik büdcələrin hazırlanması prosesinə nəzarət və büdcə prosesinin koordinasiyası
  • Layihə, departament və şöbələr tərəfindən hazırlanmış illik büdcələr əsasında Kar Mərkəzlərin illik büdcələrinin hazırlanması  
  • Şirkətin ümumi illik büdcəsinin hazırlanması: Proqnozlaşdırılımış Mənfəət və Zərər Hesabatı, Proqnozlaşdırılımış Pul Axınları Barədə Hesabat
  • Təsdiq olunmuş büdcələrin icrasının operativ nəzarətini aparmaq üçün sərfiyyat normativlərin hesablanması və təsdiqlənməsinin təmin edilməsi
  • Təsdiq olunmuş büdcələrin icrasına nəzarət: həftəlik, aylıq, rüblük və illik plan-fakt hesabatların hazırlanması
  • Layihələrin büdcələrin icrasına nəzarət: həftəlik, aylıq, rüblük və illik plan-fakt hesabatların hazırlanması
  • Plan-fakt hesabatlarında üzə çıxmış kənarlaşmaların təhlil olunması
  • Potensial layihələrin maliyyə dəyərləndirilməsi və büdcələrin hazırlanması: Proqnozlaşdırılımış Mənfəət və Zərər Hesabatı, Proqnozlaşdırılımış Pul Axınları Barədə Hesabat   
  • Törəmə şirkətlərimizin illik büdcələrinin icrasına nəzarət
  • Şirkətin aylıq, rüblük, illik maliyyə hesabatların hazırlanması: Mənfəət və Zərər Hesabatı, Balans Hesabatı, Pul Axınları Barədə Hesabat, Kapitalda Dəyişiklik Barədə Hesabat
  • Törəmə şirkətlərimizin aylıq, rüblük, illik maliyyə hesabatlarının (Mənfəət və Zərər Hesabatı, Balans Hesabatı, Pul Axınları Barədə Hesabat, Kapitalda Dəyişiklik Barədə Hesabat) yoxlanılması və təhlil olunması

Yaş həddi:28-40

İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.

Nahar şirkət tərəfindən verilir.

İşə qəbul əmək məcəlləsinə uyğun aparılır.

Uyğun namizədlər CV formalarını mail-na mövzu yerində “Maliyyə hesabatlığı üzrə baş Mütəxəssis” qeyd edərək göndərə bilərlər.