Marketinq Menecer

  • Honours Academy
  • Elanın qoyulma tarixi: 01.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni və mövcud proyektlər üzrə marketinq və reklam strategiyasını hazırlamaq, planları və layihələri hazırlamaq və həyata keçirmək;
  • Marketinq fəaliyyətini təşkil etmək;
  • Reklamların və promo məhsulların sifarişinə, hazırlanmasına nəzarət etmək;
  • PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət etmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə təkliflər vermək;

Tələblər:

  • Marketinq sahəsində ali təhsili olanlara üstünlük verilir;
  • Bu sahə üzrə ən az 2 il iş təcrübəsinin olması;
  • Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
  • Stressə davamlı, dəqiq və məsuliyyətli olması;
  • Ünsiyyətcil, kreativ və komanda ilə işləmə bacarığına malik olması;
  • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır.

İş şəraiti:

  • İnnovativ və yeniliyə açıq gənc komanda;
  • Öz ixtisasında peşəkar idarə heyəti;
  • İş qrafiki: həftəiçi 10:00 – 18:00, şənbə günü saat 10:00 - 16:00
  • Əmək haqqı namizəddən asılı olaraq net 1000-1500 AZN arasında dəyişir. Əlavə olaraq bonus iş performasından asılı olaraq hesablanır. (Max bonus limiti: 3000 AZN)

Uyğun namizədlər cv-lərini mövzu hissəsində "Marketing Manager" yazmaqla mail adresinə göndərə bilərlər.

İşəgötürənin reytinqi