İşə qəbul üzrə mütəxəssis (Recruiter)

  • Pizza Mizza
  • Elanın qoyulma tarixi: 30.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Təhsil: Ali (bakalavr)
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
  • İşi planlaşdırma və təşkil etmə bacarığı;
  • İdarəetmə və kommunikasiya bacarığı;
  • Vaxt idarəetmə bacarığı;
  • Stressə davamlılıq bacarığı;
  • Müsahibə bacarığı;
  • Tədqiqatçılıq bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili - səlis, İngilis - arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Komandada işləmək bacarığı;

Vəzifələr:

  • İşə qəbul sisteminin yaradılması, o cümlədən işçi say normalarının təyini, vəzifələr üzrə meyarların hazırlanması, seçim mərhələləri ilə bağlı işlərin təşkili, testləşdirmə, müvafiq müsahibə komissiyaların formalaşdırılması, ehtiyac olduqda müsabiqə komissiyalarının formalaşdırılmasında iştirak etmək;
  • İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
  • İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
  • Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
  • İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
  • Vakant  ştat  vahidləri  üçün işçi axtarılması, işçi bazasının formalaşdırılması, seçilmiş kadrları yerləşdirmək;
  • Əmək bazarını araşdırmaq, işəgötürənin əmək bazarında prestijinin artırılması üçün tədbirlər təşkil etmək;
  • Kadr məsələlərini həll etmək üçün təhsil müəssisələri və məşğulluq idarələri (özəl, dövlət) ilə birbaşa əlaqələrin formalaşdırmaq, əmək yarmarkalarının təşkili və ya belə yarmarkalarda iştirak etmək;
  • Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylərin alınması;
  • Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
  • İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərini müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər;

İş şəraiti:

  • 6 günlük iş rejimi;
  • AR əmək qanunvericiliyinə əsasən sənədləşmə;
  • Əmək haqqı müsahibə nəticəsinə əsasən müəyyən olunacaq;

Maraqlananlar CV-lərini “İşə qəbul üzrə mütəxəssis (Recruiter)” başlığı altında elektron ünvanına göndərə bilərlər.