Satış və marketinq üzrə baş mütəxəssis

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 26.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

  • Bu sahədə minimum 3 il peşəkar təcrübə
  • Biznes düşüncəsi olmalı və marketinq strategiyası qurmağı bacarmalı
  • Kreativ marketinq layihələri üzrə təcrübəli olmalı (Portfolio arzuolunandır)
  • Layihə idarəetmə təcrübəsi mütləqdir
  • Bütün marketinq kommunikasiya vasitələri ilə iş təcrübəsi (Tv, Radio, çöl reklamları, influencer marketinq, rəqəmsal reklam və s.)

Satış və marketinq üzrə baş mütəxəssis nə iş görür?

  • Marketinq planının hazırlanması və həyata keçirilməsi
  • Marketinq kampaniyalarının büdcəsinin tərtib edilməsi
  • Brendlərin təşviqinə, dövriyyənin artırılmasına, satış stimullaşdırılmasına yönəlmiş marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi 
  • Şirkətin əmtəə nişanlarının atributlarının, brendinq standartlarının hazırlanması
  • İnternet marketinqi üçün layihənin idarə edilməsi (veb-saytlar, şəbəkə PR, məlumat lövhələrində, axtarış portallarında və s.)
  • Genişləndirmək üçün perspektivli satış bazarlarının öyrənilməsi: məhsul çeşidi; bitişik bazarlara daxil olmaq
  • Marketinq proqramlarının həyata keçirilməsi üçün üçüncü tərəf təşkilatları arasında müsabiqənin hazırlanması və keçirilməsi
  • Reklam və nümayiş materiallarının hazırlanması
  • Potensial müştərilərin cəlbi ilə bağlı mənbələrin tapılması
  • Satış planının işlənib hazırlanması və onun icrasına nəzarət
  • Satışın uçotu və onlarla birbaşa əlaqəli müxtəlif statistik məlumatların aparılması
  • İşin nəticələri ilə hesabatların və analitik materialların hazırlanması - həm öz, həm də bütövlükdə satış şöbəsi.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:30 – 18:30;

Zəhmət olmasa CV-nizi mövzu hissəsində Satış və marketinq üzrə baş mütəxəssis qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi