Baş mühasib (Tikinti sahəsi üzrə)

  • Akabe İnşaat
  • Elanın qoyulma tarixi: 26.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;
  • Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması
  • Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması

Tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə);
  • Vergi Məcəlləsini bilməli;
  • Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
  • PMS sertifikatı
  • 1C işləmək bacarığı
  • Tikinti sektorunda baş mühasib işləmiş olsun

İş günləri : həftədə 5 gün.

İş saatları :09:00-18:00

Ünvan: Binəqədi şossesi 12

Uyğun namizədlər Baş Mühasib başlığı ilə CV-lərini göndərə bilərlər.

Akabe İnşaat tərəfindən digər vakansiyalar