İşin təsviri
                
                
                                
                İş şəraiti
	- İş yeri: Bakı şəhəri, Binəqədi şossesi 12;
 
	- İş rejimi: Tam ştat (həftə içi 6 gün)
 
	- Sahə: İnteryer dizayn / Tikinti materialları və avadanlıqları
 
Vəzifə öhdəlikləri:
	- Müştərilərlə görüşərək layihə tələblərinin müəyyənləşdirilməsi;
 
	- Vanna otağı, mətbəx və digər sahələr üzrə interyer dizayn layihələrinin hazırlanması;
 
	- Şirkətin satdığı məhsullar (kafel, metlax, unitaz, moydadır, aksesuarlar və s.) əsasında dizayn təkliflərinin hazırlanması;
 
	- 2D plan və 3D vizualizasiya (render) işlərinin görülməsi;
 
	- Şourum dizaynının hazırlanmasında və yenilənməsində iştirak;
 
	- Müasir interyer trendlərinin izlənməsi və layihələrdə tətbiqi.
 
Tələblər:
	- İnteryer dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
 
	- AutoCAD, 3ds Max,V-Ray (Corona Render), Photoshop və digər dizayn proqramlarında işləmə bacarığı;
 
	- Şirkət məhsulları ilə işləmə və onları dizayna uyğun yerləşdirmə qabiliyyəti;
 
	- Yaradıcı düşüncə və estetik zövq;
 
	- Komandada işləmə bacarığı və məsuliyyətli yanaşma.
 
Əlavə üstünlüklər:
	- Tikinti materialları və santexnika məhsulları sahəsində təcrübə;
 
	- Müştəri ilə birbaşa işləmək və satışa dəstək vermək təcrübəsi.
 
Təklif edirik:
	- Rəqabətqabiliyyətli əmək haqqı (müsahibə zamanı təyin olunur);
 
	- Peşəkar və dəstəkləyici komanda;
 
	- Karyera inkişafı və təlim imkanları;
 
	- Müasir iş mühiti və layihələrdə iştirak.
 
 Müraciət üçün: CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində "İnteryer Dizayner" qeyd etməklə göndərin.