Kredit Satışı üzrə İşçi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 25.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq uyğun kredit məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini izah etməklə kredit satışını həyata keçirtmək
  • Müştərinin cari kredit məlumatları və sahib olduğu biznes növü ilə tanış olmaq və bu məlumatları yeni kreditin verilməsində istifadə etmək
  • Müştərinin ehtiyacına və ödəniş qabiliyyətinə uyğun olaraq kredit məbləğinin təyin olunması, məhsula uyğun şərtlər əsasında sənədləşməni həyata keçirtmək və kredit təsdiqi üçün təqdim etmək
  • Müştəri kreditdən imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FINCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
  • Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə əvvəldən təyin olunmuş vaxtlarda təkrar əlaqə saxlayaraq kredit təklif etmək
  • Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və bu məlumatları kreditin verilməsi prosesində istifadə etmək

Tələblər:

Təhsil və Təcrübə:

  • Ali təhsil – Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə.
  • Təcrübə tələb olunmur.
  • Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları.
  • Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq.

Bacarıqlar:

  • Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olma
  • Analitik düşüncə qabiliyyəti
  • Vaxtı idarəetmə bacarığı
  • Komanda ilə iş bacarığı

Sosial imtiyazlar:

  • Tibbi sığorta
  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • Peşəkar beynəlxalq iş mühiti
  • Həyat Yığım sığortasından istifadə etmək imkanı

İşəgötürənin reytinqi