İnsan resursları üzrə kiçik mütəxəssis (Gəncə şəhəri)

  • GESCO ASC
  • Elanın qoyulma tarixi: 25.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Azərbaycan vətəndaşı olmalı;
  • 1-3  ilədək uyğun sahədə iş təcrübəsi;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (1C, MS Office proqramları)
  • İşinə məsuliyyətli yanaşma.
  • Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı) və İngilis (orta).
  • Kollektivdə işləmək bacarığı.
  • Ali təhsil.

Ancaq yuxarıda qeyd edilən parametrlərə cavab verən namizədlərin müraciətinə baxılacaqdır.

Vəzifələr:

  • İşçilərin işə qəbul prossesini, şəxsi işlərini aparmaq və formalşdırmaq;
  • İnsan Resurslarına aid daxili əmrlərinin (işə qəbul, xitam, vəzifə və yer dəyişikliyi, ezamiyyət, məzuniyyət, mükafat, əmək haqqı artımı, intizam tənbehi və s.) hazırlanması və icrasına nəzarət;
  • Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayışlar vermək, əmək kitabçalarını qorumaq, kadrlar üzrə təyin olunmuş sənədləri icra etmək;
  • İşçilərin əmək müqaviləsi, vəzifə təlimatları, tam maddi məsuliyyət müqaviləsi, kommersiya sirri müqaviləsi, daxili intizam qaydaları və müvafiq prosedurlar ilə tanış olmasını təmin etmək.

Bilməlidir:

  • Qeyri-dövlət (özəl) mühafizə haqqında qanunu;
  • İnsan resurslarının idarə edilməsinin əsaslarını və tələblərini;
  • Əmək qanunvericiliyinin əsaslarını;
  • Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları;
  • Müəssisənin İnsan resursları sahəsindəki prosedurlarını.

İş şəraiti:

  • İş rejimi – 5 günlük
  • İstirahət vaxtı- şənbə, bazar.
  • İş saati – 09:00-18:00
  • İş yeri Gəncə şəhəri

Telefon: (+994 12) 310-05-77

Mob: (+994 55) 206-70-74,

Vakansiyaya müraciət üçün CV-nizi “İnsan resursları üzrə kiçik mütəxəssis” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.