Katib –referent

İşin təsviri

İş qrafiki: 09:00 - 18:00/Bazar ertəsi – Cümə

İstirahət günləri: Şənbə və bazar

Namizədə dair tələblər:

  • Cins : qadın
  • Yaş : 25 - 45
  • Əmək funksiyası. 
  • Müəssisənin bölmələrinin fəaliyyətinə aid olan sənədləri nəzərdən keçirir.
  • Sorğu materiallarının komplektləşdirilməsini təmin edir, onları sinifləşdirir və sistemləşdirir.
  • Xidməti materiallar ilə işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir.
  • Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır.
  • Aparatın idarə və şöbələrindən rəhbərə lazım olan məlumatları və materialları alır, onları təhlil edir və nəticəsi barədə rəhbərə məruzə edir.
  • Rəhbərin iclas və müşavirələrinin keçirilməsini planlaşdırır.
  • Müəyyən edilmiş kargüzarlıq işlərini aparır.
  • Rəhbərin tabeliyindəki idarə və şöbələrə onun verdiyi göstərişlərin uçotunu aparır və nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir.

Bilməlidir: 

  • Məlumat toplamaq və almaq üçün texniki vasitələrdən istifadə qaydalarını;
  • Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları;
  • İşgüzar məktubları tərtib edilməsi, rəhbər materialların saxlanılması, axtarılması və məlumat-sorğu materiallarının verilməsi qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.
  • WORD, EXCEL və ofis proqramlarında işləməyi bacarmalı.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.