Aparıcı Mühasib

  • Trade Services
  • Elanın qoyulma tarixi: 23.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri barədə məlumat: 

  • Mühasibat uçotunun 1C 8.3 kompüter proqramı vasitəsilə mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılmasını və müxabirləşmələrin verilməsində iştirak etmək;
  • Vergilərin və icbari ödənişlərin düzgün hesablanmasını və aidiyyəti üzrə ödənilməsini təmin etmək;
  • Şirkətin təqdim etməli olduğu vergi bəyannamələrinin, statistika və DSMF hesabatlarının, maliyyə, idarəetmə və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsini və aidiyyatı üzrə təqdim edilməsini təmin etmək; 
  • Vergi orqanından daxil olan kameral məktubların cavablandırılması;
  • Dövlət orqanlarından, müvəkkil banklardan və digər şəxslərdən daxil olmuş, mühasibat uçotu və hesabatlarla bağlı rəsmi məktubları və sorğuları cavablandırmaq;
  • Uçot siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak etmək;
  • Şirkətin vergi orqanındakı şəxsi kabinetinin onlayn rejimində fasiləsiz olaraq monitorinqini aparmaq; 
  • Şirkət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Göndərilən E-qaimələrin vaxtında və düzgün təqdim edilməsi, gələn E-qaimələrə nəzarət etmək;
  • İşçilərə əmək haqqının, məzuniyyət haqqının, kompensasiyaların, müavinətlərin və sair ödənişlərin düzgün hesablanmasını və ödənilməsini təmin etmək;
  • İnternet-bankinq sistemi vasitəsilə bank ödəniş tapşırıqlarının hazırlanması, bank ödənişlərinin həyata keçirilməsi 
  • Cəmiyyətin bank hesablarındakı pul vəsaitlərinin hərəkətinə gündəlik nəzarəti həyata keçirmək;
  • İnzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclarının hərəkətinə nəzarət etmək;
  • Mühasibat uçotu sənədlərinin qorunub saxlanmasını və vaxtaşırı arxivləşdirilməsini təmin etmək; 

İş şərtləri:

  • İş qrafiki: həftədə 5 gün, gündə 8 saat (saat 10:00 –dan saat 19:00-dək)
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu və iqtisadi sahədə ali təhsil;
  • Mühasibat uçotunun aparılması sahəsində ən azı 2 illik iş təcrübəsi (İstehsalat fəaliyyəti sahəsində iş təcrübəsi arzu olunandır);
  • MS Office proqramlarından, 1C 8.3 kompüter proqramından, BTP proqramından istifadə bacarığı;
  • İnternet-banking sistemi ilə işləmək bacarığı;
  • Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes və s.)
  • Beynəlxalq standartları (MHBS), mühasibat uçotu sahəsində qanunvericiliyi, vergi, əmək və sosial sığorta sahəsində qanunvericiliyi bilmək;
  • Mülki Məcəllə üzrə ümumi biliklərə malik olmaq;
  • Ünsiyyət, işgüzarlıq, əməkdaşlıq və təşkilatçılıq qabiliyyəti;
  • Riyazi hesablamalar aparmaq və analitik təhlil etmək qabiliyyəti, 
  • Mal-materialların uçotunun aparılması üzrə biliklərə malik olmalı;
  • Azərbaycan dilini mükəmməl bilmək,  rus dilini  yaxşı bilmək; ingilis bilmək üstünlükdür

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Aparıcı mühasib” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.