Satınalma üzrə mütəxəssis

  • Trade Services
  • Elanın qoyulma tarixi: 10.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili
  • Mal və materialların anbara və lazımi strukturlara vaxtında çatdırılmasına nəzarət edilməsi
  • Yerli və xarici bazarın monitorinqini aparmaq;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; 
  • Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
  • Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi  məlumatlandırır;
  • Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.

Tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
  • Kompüter bilikləri:1C, MS Windows sistemi, Microsoft Office proqramları
  • Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-orta və ingilis dili-əla
  • Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumat;
  • Komanda ilə işləmək bacarığı;
  • Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq.
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

İş qrafiki: I-V günlər, 09:00-18:00

Əmək haqqı: Müsahibə yolu ilə 

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.