Data analitik

  • Agrarco
  • Elanın qoyulma tarixi: 22.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan, rus, ingilis dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;
  • ERP bazasında (1C, SAP və s. kimi) iş təcrübəsi;
  • Layihələrin idarəedilməsi üzrə sertifikasiya üstünlükdür;
  • Öz işinin peşəkarı olmalı və şirkətdən kənar yad insanlarla işləyərkən şirkətin maraqlarını qorumalı; 
  • Hesabatların hazırlanması və uğurlu təqdimat bacarığı;
  • Yalnız və komanda ilə effektiv işləmə, güclü ünsiyyət, planlama bacarıqları;

Vəzifə öhdəlikləri: 

  • Qısa və uzun müddətli əməliyyat proqnozlarının hazırlanması və planlaşdırılması;
  • Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması;
  • Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi;
  • Rəqabət mühitinin təhlil edilməsi;
  • Mövcud proseslərin optimallaşdırılması, təhlili və təftişi;
  • Yazılı texniki və funksional sənədlərin hazırlanması;
  • Data Governance strategiyasına və tətbiq olunmuş sistemlərə əsasən məlumatların istifadəsi üçün (Hesabatlar, Modellər, Panellər) mürəkkəb arxitekturanın yaradılması və optimallaşdırılması;
  • “Master Data Management” məlumatların müəssisə daxilində əlaqələndirilməsini təmin edən texnologiya, alətlər və proseslərin tətbiqi və daimi inkişaf etdirilməsi; 
  • Əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdə həftəlik istehsal həcminin, istifadə olunan xammal, mal-materiallar, enerji reursları və müxtəlif ləvazimatların sərfiyyatının yoxlanılması, hesablanması, təhlil edilməsi və əməliyyatların operativ monitorinq cədvəli sistemində uçotunun aparılması və davamlı nəzarət təmin edilməsi;
  • Müəssisənin əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdən həftəlik, aylıq, rüblük, yarım illik və illik əməliyyat hesabatlığı sistemlərinin planlanması, qurulması, inteqrasiyası. 
  • İstehsalatın gedişatının əməli uçotunun təşkil edilməsi və məlumatların toplanması;
  • Əməliyyat departamentinin fəaliyyəti ilə kəsişən proseslərin təhlil edilməsi, müəyyən edilmiş uyğunsuzluqlar/boşluqlar haqqında birbaşa rəhbərinə dolğun məlumatların təqdim edilməsi;
  • Müəssisənin inkişaf perspektivlərinin yüksəldilməsi, genişlənmə layihələrində fəal iştirak edilməsi.

İş şərtləri:

  • İş yeri: Port Baku, Mərkəz ofis.
  • İş saatları: 09:00 -18:00
  • Nahar fasiləsi: 13:00 -14:00
  • istirahət günü: Şənbə və bazar

Əlavə təminatlar:

  • Korporativ nömrə və danışıq limiti
  • Tibbi sığorta (özü və ailə üzvləri üçün)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Data analitik" yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.