Mühasib

  • Novus Plastica
  • Elanın qoyulma tarixi: 19.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri barədə məlumat: 

  • Mühasibat uçotunun 1C 8.3 kompüter proqramı vasitəsilə mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılmasını və müxabirləşmələrin verilməsində iştirak etmək;
  • Vergilərin və icbari ödənişlərin düzgün hesablanmasını və aidiyyəti üzrə ödənilməsini təmin etmək;
  • Şirkətin təqdim etməli olduğu vergi bəyannamələrinin, statistika və DSMF hesabatlarının, maliyyə, idarəetmə və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsini və aidiyyatı üzrə təqdim edilməsini təmin etmək; 
  • Vergi orqanından daxil olan kameral məktubların cavablandırılması;
  • Dövlət orqanlarından, müvəkkil banklardan və digər şəxslərdən daxil olmuş, mühasibat uçotu və hesabatlarla bağlı rəsmi məktubları və sorğuları cavablandırmaq;
  • Uçot siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak etmək;
  • Şirkətin vergi orqanındakı şəxsi kabinetinin onlayn rejimində fasiləsiz olaraq monitorinqini aparmaq; 
  • Şirkət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Göndərilən E-qaimələrin vaxtında və düzgün təqdim edilməsi, gələn E-qaimələrə nəzarət etmək;
  • İşçilərə əmək haqqının, məzuniyyət haqqının, kompensasiyaların, müavinətlərin və sair ödənişlərin düzgün hesablanmasını və ödənilməsini təmin etmək;
  • İnternet-bankinq sistemi vasitəsilə bank ödəniş tapşırıqlarının hazırlanması, bank ödənişlərinin həyata keçirilməsi 
  • Cəmiyyətin bank hesablarındakı pul vəsaitlərinin hərəkətinə gündəlik nəzarəti həyata keçirmək;
  • İnzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclarının hərəkətinə nəzarət etmək;
  • Gəlirləri və xərcləri təsdiq edən ilkin uçot sənədlərinin düzgün tərtib olunmasında iştirak etmək;
  • Mühasibat uçotu sənədlərinin qorunub saxlanmasını və vaxtaşırı arxivləşdirilməsini təmin etmək; 
  • Maddi qiymətlilərin və əmlakın inventarizasiyasında iştirak etmək; 

İş şərtləri:

  • İş qrafiki: həftədə 5 gün, gündə 8 saat (saat 09:00 –dan saat 18:00-dək)
  • İş yeri:  Sumqayıt şəh., Kimya Sənaye Parkı;
  • Əmək haqqı: razılaşma yolu ilə

Namizədə tələblər:

  • Yaş:  20 - 35 yaş
  • Cins:  Fərqi yoxdur
  • Maliyyə, mühasibat uçotu və iqtisadi sahədə ali təhsil;
  • Mühasibat uçotunun aparılması sahəsində ən azı 2 illik iş təcrübəsi(İstehsalat fəaliyyəti sahəsində iş təcrübəsi arzu olunandır);
  • MS Office proqramlarından, 1C 8.3 kompüter proqramından, BTP proqramından istifadə bacarığı;
  • İnternet-banking sistemi ilə işləmək bacarığı;
  • Beynəlxalq standartları (MHBS), mühasibat uçotu sahəsində qanunvericiliyi, vergi, əmək və sosial sığorta sahəsində qanunvericiliyi bilmək;
  • Mülki Məcəllə üzrə ümumi biliklərə malik olmaq;
  • Ünsiyyət, işgüzarlıq, əməkdaşlıq və təşkilatçılıq qabiliyyəti;
  • Riyazi hesablamalar aparmaq və analitik təhlil etmək qabiliyyəti, 
  • Mal-materialların uçotunun aparılması üzrə biliklərə malik olmalı;
  • Azərbaycan dilini mükəmməl bilmək,  ingilis dilini yaxşı bilmək, rus dilini bilmək üstünlükdür;
  • Vətəndaş qüsursuzluğuna malik olmaq;

 

Job Description:

  • Maintaining accounting in accordance with accounting standards and accounting rules through the computer program 1C 8.3 and participation in the issuance of messages;
  • Ensure correct calculation and payment of taxes and obligatory payments;
  • Ensure the preparation and submission of tax returns, statistical, financial, management and other reports submitted by company in a timely manner;
  • responses to incoming letters from the tax authority
  • Responding to official letters and inquiries related to accounting and reports received from government, authorized banks and other persons;
  • To ensure that all economic transactions carried out by the company are correctly reflected in the accounting;
  • Constant online monitoring of the personal account of the company in the tax authority;
  • Ensure the correct reflection of all business transactions carried out by the company in accounting;
  • Timely and correct submission of sent E-invoices, control of incoming E-invoices;
  • Ensure the correct calculation and payment of salary, vacation pay, compensations, allowances and other payments to employees;
  • Preparation of bank payment tasks, implementation of bank payments through the Internet-banking system
  • To carry out daily control of the flow of funds in the company's bank accounts;
  • To control administrative, economic and other expenses, the movement of receivables and payables;
  • Participate in the correct execution of primary accounting documents confirming income and expenses;
  • Ensure the storage and periodic archiving of accounting documents;
  • participate in the inventory of material assets and property;
  • In accordance with the direction of the company's activities, to monitor the compliance of the employees with the requirements of the Law of the Republic of Azerbaijan "On the fight against the legalization of money or other property obtained through crime and the financing of terrorism", as well as the rules and procedures adopted within the framework of the internal control system.

Working Conditions:

  • Work schedule: 5 days a week, 8 hours a day (from 09:00 to 18:00)
  • Place of work: Sumgayit city, SCIP;
  • Salary: by agreement

Candidate Requirements:

  • Age: 20 - 35 years
  • Gender: Male/Female
  • Higher education in finance, accounting and economics;
  • At least 2 years of work experience in the field of accounting;
  • Ability to use MS Office programs, 1C 8.3 computer program, BTP program;
  • Ability to work with the Internet-banking system;
  • To know international standards (IFRS), legislation in the field of accounting, legislation in the field of tax, labor and social insurance;
  • to have general knowledge of the Civil Code and Labor Code;
  • Communication, business mind and cooperation skills;
  • Ability to perform mathematical calculations and analytical analysis,
  • Native language azerbaijani, fluence english and advance russian;
  • No criminal record;