İşin təsviri
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir (istirahət günləri növbəli qrafik əsasında həftə ərzində 2 gün olmaqla tənzimlənir)
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
- Gündəlik mühasibat əməliyyatlarını (ilk sənədlərin işlənməsi, jurnal müxabirləşmələr, avans hesabatları, bank/kassa əməliyyatları və s.) nəzarətdə saxlamaq
- ƏDV, gəlir, mənfəət vergisi, sosial sığorta və digər vergi və maliyyə hesabatlarını aylıq, rüblük və illik qaydada tərtib edib aidiyyəti üzrə təqdim etmək
- Dövlət oqranlarının elektron portallarında mühasibat əməliyyatlarının icrasında və sənəd mübadiləsində iştirak etmək, müvafiq göstəriciləri analiz etmək və nəzarətdə saxlamaq
- Debitor və kreditor hesablaşmalarını izləmək, qarşılıqlı hesablaşma aktları hazırlamaq və bank ödənişlərini planlaşdırmaq
- Əmək haqqı, vergi, müavinətlər və digər əmək ödənişlərini hesablamaq və idarə etmək
- Maliyyə analizləri aparmaq, maliyyə göstəricilərini izləmək, maliyyə proqnozları hazırlamaq
- Daxili maliyyə nəzarət sistemlərinin yaradılması və yaxşılaşdırılması
- Audit prosesləri zamanı (xarici və daxili audit) lazım olan sənədləri hazırlamaq və əlaqələndirmək
- Aktiv və passivlər üzrə hesab-kitab işlərini yoxlamaq və inventarizasiyanı təşkil etmək
- Hesabatların və uçot sisteminin Azərbaycan qanunvericiliyinə, müvafiq standartlara və şirkətin daxili qaydalarına uyğunluğunu təmin etmək
- Baş mühasibin göstərişinə əsasən, onun vəzifələrinin bir hissəsini icra etmək və ona hesabat vermək
Namizədə Tələblər:
- Təhsil və iş təcrübəsi
- Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələrdə)
- Sahə üzrə müvafiq sertifikatların olması (ACCA və PMS üstünlükdür)
- Mühasibatlıq və vergi uçotu sahəsində ən azı 3 il iş təcrübəsi (Tikinti sahəsində təcrübəsi arzu olunandır)
- Baş mühasib və ya onun müavini kimi vəzifələrin icrasında təcrübə 1C 8.3 və digər ERP sistemlərində iş təcrübəsi
- Yüksək səviyyədə MS Office (xüsusilə Excel) bacarıqları
- Analitik düşüncə və maliyyə göstəricilərini şərh etmə bacarığı
- Detallara diqqət və yüksək məsuliyyət
- İşləri prioritetləşdirmək və çoxsaylı vəzifələri eyni anda idarə etmək qabiliyyəti
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “böyük mühasib” qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.