Korporativ hüquq və müqavilələr üzrə təcrübəçi

  • Veysəloğlu MMC
  • Elanın qoyulma tarixi: 19.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə funksiyaları: 

  • Rəhbərliyə tabe strukturlar daxilində hüquqi təminat, ekspertiza və təhlil işini aparmaqda iştirak etmək;
  • Hüquqi ekspertiza və hüquqi təminat işinin aparılması üzərində metodik rəhbərliyin həyata keçirilməsində şöbə müdirinə dəstək göstərmək;
  • Struktur bölmələrin partnyorları ilə bağlanan müqavilələrin layihələrinin hazırlanmasında iştirak etmək və bu işi öyrənmək, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirmək;
  • Aidiyyəti struktur bölmələr və kontragentlərlə müqavilə idarəçiliyi və qaydalarına uyğun olaraq müvafiq hərəkətləri aparmaq, danışıqların həyata keçirilməsində iştirak etmək;
  • Hüquq şöbə müdirinin tapşırığı əsasında lazımi lisenziyaların və icazələrin alınmasının həyata keçirilməsinə dair sənədləşmələrin hazırlanmasında iştirak etmək. 

Vəzifə tələbləri:

  • Ali hüquqi təhsil
  • Rus və ingilis dili biliyi üstünlükdür

Əmək haqqı: Müsahibə əsasında təyin olunur. 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

 

 

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Korporativ hüquq və müqavilələr üzrə təcrübəçi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.   

İşəgötürənin reytinqi