İşin təsviri
Hansı özəlliklərə malik olmalıdır?
- Ali və ya orta təhsil;
- Yüksək səviyyədə azərbaycan və rus dili biliyi;
- Aktiv, çevik, məsuliyyətli və dəqiq işləmə bacarığı;
- Sahə üzrə təcrübə arzuolunandır,
Anbardar köməkçisi nə iş görür?
- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərinin yerinə yetirilməsi;
- Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarının, eləcə də məhsulun vəziyyətinin yoxlanılması;
- Anbara verilən sorğuların vaxtı-vaxtında və tam şəkildə cavablandırılması;
- Avadanlıqların sayının sənədlə düzgün olduğunu yoxlanması və hər hansı fərq yaranarsa müvafiq şəxslərə məlumat verilməsi;
- Avadanlıqların düzgün yüklənməsinin təmin edilməsi;
- Avadanlıq itkilərinin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması, anbarda saxladığı avadanlıqlara cavabdehliyin olması;
- Gördüyü işlər barəsində hesabatların vaxtında və düzgün formada təqdim olunması.
Əlavə məlumat:
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Anbardar köməkçisi” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.