Sual 1

“Urbanizasiya” anlayışının düzgün mənası:

  1. İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayının kəskin şəkildə artmasıdır.
  2. İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayının kəskin şəkildə azalmasıdır.
  3. Müxtəlif səbəblərdən (iqtisadi problemlər, siyasi repressiya, ekoloji gərginlik və s.) bir ölkədən digərinə əhalinin köçməsidir.
  4. Bir xalqın öz dini, mədəniyyəti və milli şüurunu itirməklə başqa bir xalqa qarışmasıdır.
  5. Dünya, region, ölkə əhalisi içərisində şəhər əhalisinin sayı və payının artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin yayılmasıdır.

Düzgün cavab: Dünya, region, ölkə əhalisi içərisində şəhər əhalisinin sayı və payının artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin yayılmasıdır.

 

Sual 2

Hansı Greenpeace təşkilatının fəaliyyət sahələrindən biri deyil?

  1. dövlətlər qarşısında təkliflərlə çıxış etmək
  2. əsas insan hüquq və azadlıqlarının təbliğ etmək
  3. ətraf mühitə mənfi təsir edən amilləri müəyyənləşdirmək
  4. elmi araşdırmalar həyata keçirmək
  5. ictimai rəyə təsir göstərmək

Düzgün cavab: əsas insan hüquq və azadlıqlarının təbliğ etmək

Sual 3

İnternet televiziyaları ilə bağlı doğru fikri müəyyən edin.

1. Müxtəlif məzmunlu proqramlara yer verilir.

2. Yalnız kompüterlər vasitəsilə izləmək mümkündür.

3. Yayımın keyfiyyəti müxtəlif istifadəçilərdə fərqli ola bilər.

4. Yayımlarının əhatə dairəsi məhduddur

  1. 1, 3
  2. 3, 4
  3. 2, 3
  4. 1, 2
  5. 2, 4

Düzgün cavab: 1, 3

Sual 4

Kriptovalyutalarla bağlı doğru cavabı müəyyən edin.

I. Hər bir kriptovalyutaya aid xüsusi banknotlar mövcuddur.

II. Hələlik heç bir dövlətdə hər hansı şəkildə istifadəsinə icazə verilməyib.

III. Kompüterlər vasitəsilə müəyyən proqramlardan istifadə etməklə kriptovalyuta istehsal etmək mümkündür.

  1. I və II
  2. Yalnız I
  3. II və III
  4. Yalnız II
  5. Yalnız III

Düzgün cavab: Yalnız III

 

Sual 5

Son 20 ildə aşağıdakı şəhərlərin hansında Yay Olimpiya Oyunları keçirilməmişdir?

  1. Afina
  2. Paris
  3. Pekin
  4. Rio de Janeyro
  5. London

Düzgün cavab: Paris

Sual 6

Geniş kütlə hansı anlayışı ilk dəfə COVID-19 infeksiyası ilə mübarizə dövründə eşitdi?

  1. distant təhsil
  2. sosial məsafə
  3. karantin
  4. izolyasiya
  5. tibbi maska

Düzgün cavab: sosial məsafə

Sual 7

Mərkəzi Asiyada yerləşən bu göl antropogen təsirlər nəticəsində hövzəsi quruyaraq səhralara çevrilmiş, yerləşdiyi regionda qlobal problemlər yaranmasına səbəb olmuşdur:

  1. Baykal
  2. Xəzər
  3. İssikul
  4. Balxaş
  5. Aral

Düzgün cavab: Aral

Sual 8

Hansını (və ya hansıları) qloballaşmanın təzahür etdiyi sahələrə aid etmək olar?

I. İqtisadi

II. Siyasi

III. Texnoloji

  1. Yalnız I və II
  2. Yalnız I
  3. I, II və III
  4. Yalnız II və III
  5. Yalnız II

Düzgün cavab: I, II və III

Sual 9

Hansı “Big data”-nın xüsusiyyətlərindən deyil?

  1. Sistem böyük həcmli dataların daxil olmasına və mübadiləsinə imkan verməlidir
  2. Datalar emal edildikdən sonra əlavə dəyər yaratmalıdır
  3. Toplanan datalar eyni növ və formatda olmalıdır
  4. Daxil edilən datalar etibarlı və doğru informasiya ehtiva etməlidir
  5. Məlumatları hazırlanması və emalı sürətli olmalıdır

Düzgün cavab: Toplanan datalar eyni növ və formatda olmalıdır

Sual 10

Rəqəmsal texnologiyaların və sosial şəbəkələrin geniş istifadəsi mühitində böyüyüb formalaşan nəsli ifadə etmək üçün istifadə edilən anlayış:

  1. “Z” nəsli
  2. “X” nəsli
  3. “β” nəsli
  4. “Səssiz” nəsil
  5. “Uşaq bumu” nəsli

Düzgün cavab: “Z” nəsli

Sual 11

Amazon şirkətinin fəaliyyət sahələrindən biridir:

  1. kompüter proqramçılığı
  2. elektron ticarət
  3. kiber təhlükəsizlik
  4. sosial media
  5. təhsilə dəstək

Düzgün cavab: elektron ticarət

Sual 12

Avropa ölkəsi olmasına baxmayaraq, Avropa Birliyinə üzv olmayan ölkə hansıdır?

  1. Norveç
  2. Finlandiya
  3. Danimarka
  4. Lüksemburq
  5. İsveç

Düzgün cavab: Norveç

Sual 13

COVID-19 infeksiyasının ortaya çıxdığı ilk həftələrdə hansılar haqqında birmənalı fikir yox idi?

1. ilk vaksinin istifadə veriləcəyi tarix

2. xəstəliyin yoluxucu olub-olmadığı

3. gigiyenik tədbirlərin vacibliyi

4. neçə dəfə qapanmaların olacağı

  1. 2, 3
  2. 1, 4
  3. 1, 2
  4. 2, 4
  5. 3, 4

Düzgün cavab: 1, 4

Sual 14

Müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu:

  1. Şabanova
  2. İ. Aşumova
  3. Şubina
  4. Stadnik
  5. Meftahəddinova

Düzgün cavab: Z. Meftahəddinova

Sual 15

Hansı sosial medianın bir xüsusiyyətidir?

  1. Müəyyən yaş limitindən aşağıda yer alanların bütün sosial media resurslarından istifadəsinə mane olan mexanizmlər vardır.
  2. Yazılı sosial media yayımlarının məzmununda istənilən vaxt düzəliş etmək mümkündür.
  3. Ünsiyyət tək tərəflidir.
  4. Sosial media tətbiqlərinə müəyyən vaxt limitlərində qoşulmaq mümkündür.
  5. Əhəmiyyətli görülən hər hadisəni sosial mediada paylaşmaq mümkün deyil.

Düzgün cavab: Yazılı sosial media yayımlarının məzmununda istənilən vaxt düzəliş etmək mümkündür.

Sual 16

Peyk sisteminin istifadə məqsədlərinə aiddir:

  1. hava haqqında məlumatların əldə edilməsi
  2. Yalnız GPS-dən istifadə
  3. cihazlar arasında kabel rabitəsinin təmin edilməsi
  4. Kompüterlərdə proqram təminatının yenilənməsi
  5. İstehsal prosesinin avtomatlaşdırılması

Düzgün cavab: hava haqqında məlumatların əldə edilməsi

Sual 17

Aşağıdakılardan hansı (və ya hansılar) bərpa olunan enerji mənbələrinin əhəmiyyətini daha da artırır?

II. Neft və təbii qaz kimi mənbələrin mövcud ehtiyacı təmin etməməsi

II. Digər enerji mənbələrinin ətraf mühitə zərər vurması

III. Digər enerji mənbələrinin tükənən olması

  1. II və III
  2. Yalnız III
  3. I və II
  4. Yalnız I
  5. Yalnız II

Düzgün cavab: II və III

Sual 18

Çoxfikirlilik, çoxpartiyalılıq adlanır:

  1. plüralizm
  2. sosializm
  3. legitimlik
  4. qlobalizm
  5. sentrizm

Düzgün cavab: plüralizm

Sual 19

Mühafizəkarlıqla (konservatizm) bağlı doğru cavabı müəyyən edin.

I. Xüsusi mülkiyyətə qarşıdırlar.

II. Adət-ənənələrə önəm verirlər.

III. Müasir olan hər şeyi rədd etmirlər.

  1. Yalnız I
  2. Yalnız II
  3. I və II
  4. I və III
  5. II və III

Düzgün cavab: II və III

Sual 20

Yüksəliş layihəsi ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur?

  1. Müsabiqədə iştirak üçün idarəetmə sahəsində ali təhsil almaq tələb olunur.
  2. Müsabiqənin bütün mərhələləri yalnız bir formatda keçirilir.
  3. Yüksək vəzifələrə təyin olunma imkanı yaradan yeganə vasitədir.
  4. Ölkəmizdə ilk dəfə 2022-ci ildə keçiriləcək.
  5. İnsan kapitalından ölkənin inkişafında istifadə imkanlarını genişləndirir.

Düzgün cavab: İnsan kapitalından ölkənin inkişafında istifadə imkanlarını genişləndirir.

Sual 21

Hansı hazırda dövlətlərin həyati mənafelərindən ən əhəmiyyətlisidir?

  1. beynəlxalq təşkilatlara üzvlük
  2. texnoloji asılılığa son qoymaq
  3. müsbət demoqrafik göstəricilərə nail olmaq
  4. turizm sektorunu inkişaf etdirmək
  5. təhlükəsizlik

Düzgün cavab: təhlükəsizlik

Sual 22

Qlobal ekoloji problemlərdən olan Ozon dəliyinin genişlənməsi birbaşa təsir edər:

I. Təsərrüfatın səmərəlilik göstəricilərinə

II. Kosmik rabitənin keyfiyyətinə

III. Dəniz nəqliyyatının intensivliyinə

  1. I və II
  2. I və III
  3. yalnız I
  4. yalnız II
  5. II və III

Düzgün cavab: yalnız I

Sual 23

Hansı “yaşıl enerji” növlərindən deyil?

  1. Geotermal
  2. Bioqaz
  3. Biokütlə
  4. Təbii qaz
  5. Hidrogen enerjisi

Düzgün cavab: Təbii qaz

Sual 24

Hansılar BMT tərəfindən 2015-ci ildə qəbul edilən Davamlı İnkişaf proqramının məqsədlərindəndir?

1. yoxsulluğa son

2. xidmət sektorunun xüsusi çəkisinin artırılması

3. keyfiyyətli təhsil

4. yerli idarəetmənin gücləndirilməsi

  1. 1, 3
  2. 1, 2
  3. 2, 4
  4. 2, 3
  5. 1, 4

Düzgün cavab: 1, 3

Sual 25

Hansı sinxron mesajlaşma vasitəsidir?

  1. Mozilla
  2. Outlook
  3. Slayd
  4. Yandex
  5. Skype

Düzgün cavab: Skype

15.02.2023