Azərbaycan üzrə sual bloku

Sual 1

Heydər Əliyevin prezidentliyi dövründə baş vermişdir:

  1. Bakı Metropoliteninin fəaliyyətə başlaması
  2. Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması
  3. İlk hərbi liseyin fəaliyyətə başlaması
  4. Şamaxıda Astrofizika rəsədxanasının tikilməsi
  5. Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis olunması

Azərbaycan Respublikası Dövlət Neft Fondu Heydər Əliyevin prezidentliyi dövründə  (1999-cu ildə) yaradılıb. Digər bəndlərdə qeyd olunan hadisələr sovet hakimiyyəti illərində baş verib.

Doğru cavab: Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis olunması

Sual 2

Rayonlardan bir-biri ilə qonşu olanlar hansıdır?
1. Yevlax
2. Göyçay
3. Şəmkir
4. İmişli
5. Tovuz

Bir cavab seçin:

  1. 2, 5
  2. 1, 4
  3. 1, 3
  4. 2, 4
  5. 3, 5

Tapşırıqda verilən inzibati rayonlardan bir-biri ilə həmsərhəd olanlar Şəmkir və Tovuzdur.

Doğru cavab: 3, 5

Sual 3

Azərbaycan əhalisi ilə bağlı doğru fikirləri müəyyən edin.
1. Mərkəzi Aran və Şəki-Zaqatala əhalinin ən çox məskunlaşdığı iqtisadi rayonlardır.
2. Əhalinin yarıdan çoxu xidmət sektorunda fəaliyyət göstərir.
3. Savadlılıq səviyyəsi 100%-ə yaxındır.
4. Əhalinin artımında miqrasiyanın rolu böyük deyil.
5. Kişilərin sayı qadınlardan çoxdur.

Sual 3 Bir cavab seçin:

  1. 2, 4
  2. 1, 3
  3. 1, 2
  4. 3, 4
  5. 4, 5

Cavab:

Azərbaycanda savadlılıq səviyyəsi 100%-ə yaxındır və əhalinin artımında miqrasiyanın rolu böyük deyil.

Doğru cavab: 3, 4

Sual 4

Hansılar tarixi mövzudan geniş şəkildə bəhs edən əsərlərdir?

Sual 4 Cavablardan birini və ya bir neçəsini seçin:

  • Süleymanlı – “Dəyirman”
  • Məmmədquluzadə – “Ölülər”
  • Kərimzadə – “Xudafərin körpüsü”
  • Mir Cəlal – “Bir gəncin manifesti”
  • Vurğun – “Vaqif”

Cavab:

Sadalanan əsərlərdən yalnız “Xudafərin körpüsü” və “Vaqif” tarixi mövzudan geniş şəkildə bəhs edən əsərlərdir.

Düzgün cavablar: F. Kərimzadə – “Xudafərin körpüsü”, S. Vurğun – “Vaqif”

Sual 5

Doğru uyğunluqları müəyyən edin.
Mineral bulaq – Yerləşdiyi inzibati rayon

Sual 5 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Vayxır – Xocavənd
  2. Qalaaltı – Ordubad
  3. Turşsu – Şuşa
  4. Sirab – Sədərək
  5. İlisu – Qax

Tapşırıqda verilən mineral bulaqlardan olan İlisu Qax rayonunda, Turşsu isə Şuşa inzibati rayonunda yerləşir.

Düzgün cavablar: İlisu – Qax, Turşsu – Şuşa

Sual 6

Azərbaycan ədəbiyyatında fentezi (fantaziya) janrında yazılmış ilk trilogiyanın müəllifi:

Sual 6 Bir cavab seçin:

  1. Vahid Məmmədli
  2. Elçin
  3. Elxan Elatlı
  4. Aqil Abbas
  5. Çingiz Abdullayev

Azərbaycan ədəbiyyatında fentezi (fantaziya) janrında yazılmış ilk trilogiyanın  (“Atropatena dastanı”, 2010-cu il) müəllifi Vahid Məmmədlidir.

Doğru cavab: Vahid Məmmədli

Sual 7

Aşağıdakılardan hansılar xalq dastanlarıdır?

Sual 7 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. “Şah İsmayıl”
  2. “Nəsimi”
  3. “Babək”
  4. “Oqtay Eloğlu”
  5. “Koroğlu”

Tapşırıqda verilənlərdən yalnız “Koroğlu” və “Şah İsmayıl” xalq dastanlarıdır.

Düzgün cavablar: “Koroğlu”, “Şah İsmayıl”

Sual 8

Çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülmüşdür:

Sual 8 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. ruslar
  2. özbəklər
  3. Ahıska türkləri
  4. ermənilər
  5. tatarlar

Çar Rusiyası Şimali Azərbaycan xanlıqlarını işğal etdikdən sonra bu ərazilərə köçürdüyü xalqlar ruslar, ermənilər və almanlar olmuşdur.

Düzgün cavablar: ruslar, ermənilər

Sual 9

Göstərilən mədəni abidələrdən hansı daha qədim tarixə malikdir?

Sual 9 Bir cavab seçin:

  1. Möminəxatun türbəsi
  2. Əlincə qalası
  3. Şirvanşahlar sarayı
  4. Şəki xan sarayı
  5. Marağa rəsədxanası

Əlincə qalası – 9-cu əsrdən əvvəl

Möminəxatun türbəsi – 12-ci əsr

Şirvanşahlar sarayı – 15-ci əsr

Şəki xan sarayı – 18-ci əsr

Marağa rəsədxanası – 13-cü əsr

Doğru cavab: Əlincə qalası

Sual 10

Əsər və müəllifinin doğru göstərildiyi cavabı müəyyən edin.

Sual 10 Bir cavab seçin:

  1. Süleyman Rüstəm – “Qılınc və qələm”
  2. Rəsul Rza – “1905-ci ildə”
  3. Səməd Vurğun – “Dumanlı Təbriz”
  4. Hüseyn Cavid – “İblis”
  5. Bəxtiyar Vahabzadə – “Şamo”

Hüseyn Cavid – “İblis” tapşırığın doğru cavabıdır. “Şamo” Süleyman Rəhimova, “Dumanlı Təbriz” və “Qılınc və qələm” Məmməd Səid Ordubadiyə, “1905-ci ildə” isə Cəfər Cabbarlıya məxsusdur.

Doğru cavab: Hüseyn Cavid – “İblis”

Sual 11

Müstəqillik illərində (18 oktyabr 1991-ci ildən etibarən) Azərbaycanda idarəetmə sahəsində aparılan islahatlar:

Sual 11 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi institutunun yaradılması
  2. Naxçıvana muxtar vilayət statusunun verilməsi
  3. Dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsinə başlanması
  4. Nazirlər Sovetinin yaradılması
  5. İlk respublika tabeli şəhərlərin müəyyən edilməsi

Dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsinə başlanması və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi institutunun yaradılması müstəqillik illərində idarəetmə sahəsində aparılan islahatlara aiddir. İlk respublika tabeli şəhərlərin müəyyən edilməsi və Nazirlər Sovetinin yaradılması sovet hakimiyyəti illərində baş vermişdir. Naxçıvana muxtar vilayət yox, muxtar respublika statusu verilmişdir.

Düzgün cavablar: Dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsinə başlanması, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi institutunun yaradılması

Sual 12

Cəlil Məmmədquluzadə ilə bağlı doğru fikirləri müəyyən edin.

Sual 12 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
  2. “Gülüstan” əsərinin müəllifidir.
  3. Azərbaycanın 20-ci əsrdə ən çox dram əsəri yazan dramaturqudur.
  4. Əsərlərində qadın hüquqları (azadlığı) mövzusuna geniş yer ayırmışdır.
  5. Yaradıcılığı yalnız sovet hakimiyyəti illərini əhatə edir.
  1. Məmmədquluzadə yaradıcılığa çar Rusiyası dövründən başlamışdır. “Gülüstan” əsəri B. Vahabzadəyə məxsusdur. C. Məmmədquluzadədən daha çox  dram əsəri yazan yazıçılar olmuşdur (məsələn, Ə. Haqverdiyev, C. Cabbarlı).

Düzgün cavablar: Əsərlərində qadın hüquqları (azadlığı) mövzusuna geniş yer ayırmışdır., Pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Sual 13

Şəkildə yer alan memarlıq abidəsi:

qala

Sual 13 Bir cavab seçin:

  1. Əlincə qalası
  2. Mərdəkan qalası
  3. Şahbulaq qalası
  4. Cavanşir qalası
  5. Ərk Qalası

Şəkildə təsvir edilən memarlıq abidəsi Ağdam rayonunun ərazisində yerləşən Şahbulaq qalasıdır.

Doğru cavab: Şahbulaq qalası

Sual 14

Müstəqillik illərində hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş Azərbaycan filmləri:

Sual 14 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. “Babək”
  2. “Ölsəm bağışla”
  3. “Ümid”
  4. “Mənim ağ şəhərim”
  5. “Biz qayıdacağıq”

Tapşırıqda verilənlərdən ancaq “Ümid” (1995) və “Biz qayıdacağıq” (2007) hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş filmlərdir.

Düzgün cavablar: “Ümid”, “Biz qayıdacağıq”

Sual 15

Azərbaycanın coğrafi mövqeyi ilə bağlı doğru cavabı müəyyən edin.
1. Ən ucqar şərq və qərb nöqtəsi arasındakı ən qısa nəqliyyat yolu 800 km-dən çoxdur.
2. Ən yüksək dağ zirvələri ölkənin şimalındadır.
3. Ən uzun quru sərhədi İranladır.
4. Su mənbələrinin çox hissəsi ölkə xaricində formalaşır.
5. Ərazisinin 70 faizi düzənlikdən ibarətdir.

Sual 15 Bir cavab seçin:

  1. 2, 4
  2. 1, 3
  3. 3, 5
  4. 2, 5
  5. 1, 4

Azərbaycanın ən hündür zirvələri Böyük Qafqaz dağlarında, ölkənin şimalında yerləşir. Ölkəmizin ərazisindən axan çayların sularının böyük əksəriyyəti ölkənin xaricində, qonşu ölkələrin ərazisində formalaşır.

Doğru cavab: 2, 4

Sual 16

Mədəniyyət xadimlərinin musiqidəki fəaliyyət sahəsinə uyğun olaraq, məntiqi ardıcıllığı tamamlayın.
– Arif Məlikov
– Cahangir Cahangirov
– ...

Sual 16 Bir cavab seçin:

  1. Qurban Pirimov
  2. Habil Əliyev
  3. Şövkət Ələkbərova
  4. Fidan Qasımova
  5. Emin Sabitoğlu

Tapşırığın şərtində verilən mədəniyyət xadimlərinin fəaliyyət sahəsi bəstəkarlıqdır. Cavab variantları içərisində həmin fəaliyyət sahəsi olan məşğul olmuş şəxs Emin Sabitoğludur. Q. Pirimov tar, H. Əliyev kamança ifaçısı, Ş. Ələkbərova və F. Qasımova isə vokal sənətinin təmsilçiləridirlər.

Doğru cavab: Emin Sabitoğlu

Sual 17

Azərbaycan Silahlı Qüvvələri göstərilən ölkələrdən hansılarda sülhyaratma əməliyyatlarında iştirak etmişdir?

Sual 17 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Kosovo
  2. Pakistan
  3. Cənubi Sudan
  4. Suriya
  5. Yəmən

Azərbaycan Silahlı Qüvvələri bu günə qədər dörd ölkədə (Əfqanıstan, İraq, Kosovo, Cənubi Sudan) sülhyaratma fəaliyyətində iştirak etmişdir.

Düzgün cavablar: Kosovo, Cənubi Sudan

Sual 18

Sovet hakimiyyəti illərində Azərbaycanda baş verməyib:

Sual 18 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. özəlləşdirmə prosesinə başlanılması
  2. planlı sosialist iqtisadiyyatın qurulması
  3. savadlılıq səviyyəsinin yüksəldilməsi
  4. bəzi ərazilərin Ermənistana verilməsi
  5. müstəqil xarici siyasətin həyata keçirilməsi

Sovet hakimiyyəti illərində Azərbaycan müstəqil xarici siyasət həyata keçirmək hüququndan məhrum edilmiş və özəlləşdirmə prosesinə müstəqillik illərində başlanılmışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra müəyyən ərazilər Ermənistana verilmiş, planlı sosialist iqtisadiyyatı qurulmuş və savadlılıq səviyyəsi yüksəlmişdir.

Düzgün cavablar: müstəqil xarici siyasətin həyata keçirilməsi, özəlləşdirmə prosesinə başlanılması

Sual 19

Zəngəzur dəhlizindən keçməklə Azərbaycandan Türkiyəyədək çəkilməkdə olan dəmiryol xəttinin keçəcəyi rayonları (şərqdən qərbə) ardıcıllıqla düzün.
1. Zəngilan
2. Beyləqan
3. Ordubad
4. Füzuli
5. Cəbrayıl

Sual 19 Bir cavab seçin:

5, 1, 2, 3, 4

4, 5, 1, 2, 3

2, 4, 5, 1, 3

2, 1, 5, 3, 4

3, 4, 1, 2, 5

Zəngəzur dəhlizindən keçməklə Azərbaycandan Türkiyəyədək çəkilməkdə olan dəmiryol xətti şərqdən qərbə doğru ardıcıl olaraq Beyləqan, Füzuli, Cəbrayıl, Zəngilan, Ordubad rayonlarından keçəcəkdir.

Doğru cavab: 2, 4, 5, 1, 3

Sual 20

Sənaye tullantıları ilə daha çox çirklənərək yararsız hala düşmüş torpaqlar daha çox hansı ərazidə yerləşir?

Sual 20 Bir cavab seçin:

  1. Kür-Araz
  2. Lənkəran
  3. Quba-Xaçmaz
  4. Cənub-Şərqi Şirvan
  5. Abşeron

Verilmiş ərazilərdən sənaye sahələri əsasən Kür-Araz və Abşeronda yerləşir. Onları müqayisə etdikdə isə daha çox çirklənən torpaqlar Abşeronda yerləşir.

Doğru cavab: Abşeron

Sual 21

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Azərbaycanda baş vermişdir:

Sual 21 Bir cavab seçin:

  1. çoxpartiyalı parlamentin fəaliyyət göstərməsi
  2. konstitusiyanın qəbul edilməsi
  3. Azərbaycan dilində ilk qəzet və jurnalın dərc edilməyə başlanması
  4. rəsmi şəkildə latın qrafikalı əlifbanın qəbul edilməsi
  5. iqtisadiyyata ilk xarici sərmayənin cəlb edilməsi

Azərbaycanda latın qrafikalı əlifbaya keçid 1923-cü ildə, iqtisadiyyata ilk xarici sərmayənin cəlb edilməsi 19-cu əsrin ikinci yarısında baş vermişdir. İlk qəzet 1875-ci ildə, ilk jurnal 1906-cı ildə nəşr olunmuşdur. AXC konstitusiya qəbul etməmişdir. AXC-də çox sayda partiyanın təmsil olunduğu parlament fəaliyyət göstərmişdir. 

Doğru cavab: çoxpartiyalı parlamentin fəaliyyət göstərməsi

Sual 22

Düz deyil

1.00 baldan 0.00

Azərbaycanın mədəni həyatında baş verən hadisələrin xronoloji ardıcıllığını müəyyən edin.
1. ilk bədii filmin çəkilməsi
2. milli mətbuatın yaranması
3. ilk konservatoriyanın açılması
4. ilk universitetin açılması
5. icbari təhsilə keçilməsi

Sual 22 Bir cavab seçin:

1, 2, 4, 3, 5

2, 1, 4, 3, 5

2, 3, 1, 5, 4

1, 3, 2, 5, 4

3, 1, 5, 4, 2

  1. ilk bədii filmin çəkilməsi – 1916
  2. milli mətbuatın yaranması –  19-cu əsrin sonu
  3. konservatoriyanın açılması – 1920-ci il
  4. ilk universitetin açılması – 1919-cu il
  5. icbari təhsilə keçilməsi – 1966-cı il

Doğru cavab: 2, 1, 4, 3, 5

Sual 23

Azərbaycan ərazisində ən yüksəkdə yerləşən iki yaşayış məntəqəsi hansı rayonların ərazisindədir?

Sual 23 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Quba
  2. Qəbələ
  3. Kəlbəcər
  4. Lerik
  5. Şəki

Tapşırıqda verilən inzibati rayonlardan ən hündürdə yerləşən yaşayış məntəqələri Quba (Xınalıq) və Kəlbəcərdir (Bağırsaq).

Düzgün cavablar: Quba, Kəlbəcər

Sual 24

Azərbaycanın beynəlxalq təşkilatlara üzv olma ardıcıllığını müəyyən edin.
1. BMT
2. Avropa Şurası
3. Müstəqil Dövlətlər Birliyi
4. GUAM
5. Qoşulmama hərəkatı

Sual 24 Bir cavab seçin:

3, 4, 1, 2, 5

1, 3, 4, 2, 5

4, 3, 1, 5, 2

3, 1, 2, 5, 4

1, 4, 2, 3, 5

Azərbaycan BMT-yə 1992-ci ildə,

MDB-yə 1993-cü ildə, GUAM-a 1997-ci ildə, Avropa Şurasına 2000-ci ildə, Qoşulmama hərəkatına 2011-ci ildə üzv olmuşdur.

Doğru cavab: 1, 3, 4, 2, 5

Sual 25

Göstərilən hadisələrin düzgün xronoloji ardıcıllığını müəyyən edin.
1. İctimai fəalların Laçın-Xankəndi yolunda Qarabağdakı yataqların qanunsuz istismarı əleyhinə aksiya keçirməyə başlaması
2. Laçın şəhərinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi
3. Qarabağ Universitetinin təsis edilməsi
4. Qondarma “DQR”-in bəzi keçmiş rəhbərlərinin həbs edilməsi
5. Laçın rayonunda Sərhəd Buraxılış Məntəqəsinin qurulması

Sual 25 Bir cavab seçin:

5, 2, 1, 4, 3

1, 2, 3, 5, 4

2, 5, 1, 3, 4

2, 1, 5, 4, 3

1, 2, 4, 3, 5

Laçın şəhərinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi – 26 avqust 2022

İctimai fəalların Laçın-Xankəndi yolunda Qarabağdakı yataqların qanunsuz istismarı əleyhinə aksiya keçirməyə başlaması – 12 dekabr 2022,

Qarabağ Universitetinin təsis edilməsi – 28 noyabr 2023,

 Qondarma “DQR”-in bəzi keçmiş rəhbərlərinin həbs edilməsi – sentyabr-oktyabr 2023,

Laçın rayonunda Sərhəd Buraxılış Məntəqəsinin qurulması – 23 aprel 2023.

Doğru cavab: 2, 1, 5, 4, 3

Dünya üzrə sual bloku

Sual 1

Ölkələrdən hansılar Yuqoslaviyanın parçalanması nəticəsində müstəqillik əldə etmişdir?

Sual 1 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Monteneqro
  2. Çexiya
  3. Albaniya
  4. Slovakiya
  5. Sloveniya

Monteneqro və Sloveniya Yuqoslaviyanın parçalanması nəticəsində müstəqillik əldə edən 6 ölkəyə daxildir.

Düzgün cavablar: Monteneqro, Sloveniya

Sual 2

Tarixdəki “Qordi düyününün açılması” ifadəsi ilə bağlı fikirlərdən hansılar doğrudur?

Sual 2 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Çətin görünən bir problemin sonda birbaşa güc yolu ilə həll edilməsi
  2. Dövlətlərarası problemin sülh yolu ilə həllinə üstünlük verilməsi
  3. Makedoniyalı İsgəndərin adı ilə bağlı olması
  4. Bəzi problemlərin həmişəlik həll edilmədən qalması
  5. Problemlərin mərhələ-mərhələ həllinin daha əhəmiyyətli olması

“Qordi düyününün açılması” ifadəsi Makedoniyalı İsgəndərin adı ilə bağlıdır. O, açılması son dərəcə çətin olan bir düyünü qılıncla doğrayaraq açdığına görə bu ifadə çətin görünən bir problemin birbaşa güc yolu ilə həll edilməsi mənasında işlədilir.

Düzgün cavablar: Çətin görünən bir problemin sonda birbaşa güc yolu ilə həll edilməsi, Makedoniyalı İsgəndərin adı ilə bağlı olması

Sual 3

2023-cü ildə hansılar dəyişmişdir?
1. Avropa Birliyinə üzv ölkələrin sayı
2. Əhalisinin sayına görə birinci yerdə olan ölkə
3. Nüvə silahı əldə edən ölkələrin sayı
4. NATO-ya üzv olan ölkələrin sayı
5. BMT-yə üzv olan ölkələrin sayı

Sual 3 Bir cavab seçin:

  1. 3, 4
  2. 2, 5
  3. 1, 5
  4. 2, 4
  5. 1, 3

2023-cü ildə əhalisinin sayına görə 1-ci yerdə olan ölkə (Çinin yerinə Hindistan) və NATO-ya üzv ölkələrin sayı (Finlandiyanın hesabına) dəyişmişdir. Digər bəndlərdə verilən göstəricilərdə bir dəyişiklik olmamışdır.

Doğru cavab: 2, 4

Sual 4

Hansı inqilabçı liderlərin aid olduğu ölkələr doğru göstərilmişdir?

Sual 4 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Martin Lüter – Almaniya
  2. Mahatma Qandi – İndoneziya
  3. Fidel Kastro – Kuba
  4. Çe Qevara – Braziliya
  5. Nelson Mandela – ABŞ

Martin Lüter və Fidel Kastronun aid olduğu ölkələr doğru göstərilmişdir. Digər bəndlərdə verilənlər arasında doğru uyğunluq Çe Qevara – Argentina, Mahatma Qandi – Hindistan, Nelson Mandela – Cənubi Afrika Respublikası şəklində olmalıydı.

Düzgün cavablar: Martin Lüter – Almaniya, Fidel Kastro – Kuba

Sual 5

Göstərilən ölkələrdən hansılar qadınlara seçib-seçilmək hüququnu Azərbaycandan daha gec vermişdir?
1. Finlandiya
2. Fransa
3. İran
4. Norveç

Sual 5 Bir cavab seçin:

  1. 1, 4
  2. Yalnız 3
  3. 2, 3
  4. 1, 2
  5. 1, 3

Azərbaycan qadınlara seçib-seçilmək hüququnu 1918-ci ildə vermişdir. Tapşırıqda göstərilən ölkələrdən qadınlara seçib-seçilmək hüququnu Finlandiya 1906-cı, Fransa 1944-cü, İran 1963-cü, Norveç 1913-cü ildə vermişdir.

Doğru cavab: 2, 3

Sual 6

2007-ci ildə elan edilmiş dünyanın yeni yeddi möcüzəsindən biridir:

Sual 6 Bir cavab seçin:

  1. İsgəndəriyyə mayakı
  2. Rodos heykəli
  3. Artemis məbədi
  4. Çin səddi
  5. Xeops ehramı

Çin səddi dünyanın 2007-ci ildə elan edilmiş yeni yeddi möcüzəsindən biridir. Digər bəndlərdə verilənlər antik dünyaya aid ilk (klassik) yeddi möcüzəyə aiddir.

Doğru cavab: Çin səddi

Sual 7

İnkişaf etmiş ölkə (İEÖ) olsa da, immiqrasiya mərkəzi olmayan ölkələr hansılardır?

Sual 7 Bir cavab seçin:

  1. ABŞ və Türkiyə
  2. Meksika və Argentina
  3. İtaliya və İspaniya
  4. Rusiya və Çin
  5. Yaponiya və Cənubi Koreya

İnkişaf etmiş ölkələr olan Yaponiya və Cənubi Koreya immiqrasiya mərkəzləri deyildir. Digər bəndlərdə verilmiş Rusiya və Çin, Türkiyə, Meksika və Argentina İEÖ deyildir. ABŞ, İtaliya, İspaniya isə immiqrasiya mərkəzləri olan İEÖ-lərdir.

Doğru cavab: Yaponiya və Cənubi Koreya

Sual 8

Doğru uyğunluqları müəyyən edin.
Müəllif  – Əsər

Sual 8 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Qorki – “Qumarbaz”
  2. Tolstoy –“Hacı Murad”
  3. Dostoyevski – “Hərb və sülh”
  4. A.P. Çexov – “Uşaqlıq”
  5. A.S. Puşkin – “Qafqaz Əsiri”

A.S.Puşkin - "Qafqaz Əsiri" və L.Tolstoy - "Hacı Murad" cavab variantlarında  verilən əsər və müəllif uyğunluğu doğrudur. “Qumarbaz” F. Dostoyevskiyə, “Hərb və Sülh” L. Tolstoya, “Uşaqlıq” isə M. Qorkiyə məxsusdur.

Düzgün cavablar: A.S. Puşkin – “Qafqaz Əsiri”, L. Tolstoy –“Hacı Murad”

Sual 9

Öz nüvə silahı arsenalından könüllü imtina etmiş ölkələr:

Sual 9 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Hindistan
  2. Yaponiya
  3. Ukrayna
  4. Pakistan
  5. Qazaxıstan

Öz nüvə silahı arsenalından könüllü imtina etmiş ölkələr Qazaxıstan və Ukraynadır. Pakistanla Hindistan hazırda nüvə silahına malik ölkələrdir. Yaponiya heç vaxt nüvə silahına malik olmayan ölkə kimi tanınır.

Düzgün cavablar: Qazaxıstan, Ukrayna

Sual 10

Hansılar film festivalıdır?

Sual 10 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Summerfest
  2. Venesiya
  3. Qızıl qlobus
  4. JARA
  5. Kann

Tapşırıqda verilənlərdən Kann və Venesiya film festivallarıdır. Qızıl qlobus mükafat, Summerfest və JARA beynəlxalq musiqi festivallarıdır.

Düzgün cavablar: Kann, Venesiya

Sual 11

Göstərilən ölkələrdən hansılar yarımadalarda yerləşir?

Sual 11 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Avstriya
  2. Polşa
  3. Moldova
  4. Norveç
  5. Səudiyyə Ərəbistanı

Tapşırıqda verilən ölkələrdən yarımadada yerləşənlər ancaq Ərəbistan yarımadasında yerləşən Səudiyyə Ərəbistanı və Skandinaviya yarımadasında yerləşən Norveçdir.

Düzgün cavablar: Səudiyyə Ərəbistanı, Norveç

Sual 12

21-ci əsrdə baş vermiş hadisələrin düzgün xronoloji ardıcıllığını müəyyən edin.
1. Ukraynanın Krıma nəzarəti itirməsi
2. Suriyada vətəndaş müharibəsinin başlaması
3. “Ərəb baharı” hərəkatının başlaması
4. Talibanın Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirməsi
5. Böyük Britaniyanın rəsmən Avropa Birliyindən çıxması

Sual 12 Bir cavab seçin:

  1. 1, 2, 5, 4, 3
  2. 3, 1, 2, 4, 5
  3. 3, 2, 1, 5, 4
  4. 2, 3, 1, 4, 5
  5. 2, 3, 5, 1, 4

Ukraynanın Krıma nəzarəti itirməsi – 2014
Suriyada vətəndaş müharibəsinin başlaması – 2011
“Ərəb baharı” hərəkatının başlaması – 2010
Talibanın Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirməsi – 2021
Böyük Britaniyanın rəsmən Avropa Birliyindən çıxması – 2020

Doğru cavab: 3, 2, 1, 5, 4

Sual 13

Yaradıcılığında satirik janrda əsərlərin geniş yer tutduğu türk şair və yazıçısı:

Sual 13 Bir cavab seçin:

  1. Rəşad Nuri Güntəkin
  2. Əziz Nesin
  3. Nazim Hikmət
  4. Orxan Pamuk
  5. Orxan Kamal

Yaradıcılığında satirik janrda əsərlərin geniş yer tutduğu türk şair və yazıçısı Əziz Nesindir. Tapşırıqda verilən digər yazıçı və şairlər haqqında bunu demək mümkün deyil.

Doğru cavab: Əziz Nesin

Sual 14

Dillərdən hansılar hazırda o dilin daşıyıcıları tərəfindən istifadə olunur?

Sual 14 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. latın
  2. portuqal
  3. şumer
  4. elam
  5. urdu

Portuqal və urdu dili hazırda o dilin daşıyıcıları tərəfindən istifadə olunur. Digər bəndlərdə verilənlər “ölü” dillər hesab olunur.

Düzgün cavablar: portuqal, urdu

Sual 15

Dünyanın ən böyük sənədli film festivalı hər il hansı şəhərdə keçirilir?

Sual 15 Bir cavab seçin:

  1. Berlin
  2. Tokio
  3. Amsterdam
  4. Nyu-york
  5. London

Dünyanın ən böyük sənədli film festivalı hər il Amsterdam şəhərində keçirilir.

Doğru cavab: Amsterdam

Sual 16

Avropa Birliyinə üzvlük məsələsini iki dəfə referenduma çıxarıb, hər ikisində də üzv olmağı qəbul etməyib rədd cavabı verən ölkə:

Sual 16 Bir cavab seçin:

  1. İsveçrə
  2. Norveç
  3. İngiltərə
  4. İslandiya
  5. İsveç

Göstərilən ölkələr içərisində ancaq Norveç iki dəfə – 1972-ci və 1994-cü illərdə Avropa Birliyinə üzvlük məsələsini referenduma çıxarmış və hər iki referendumda da səs verənlərin çoxluğu üzvlüyün əleyhinə çıxmışdır.

Doğru cavab: Norveç

Sual 17

Ölkələrdən hansılar müvafiq olaraq kofe istehsalında ixtisaslaşmışdır?
1. İtaliya
2. Kanada
3. Kolumbiya
4. İndoneziya
5. Özbəkistan

Sual 17 Bir cavab seçin:

  1. 1, 2
  2. 3, 5
  3. 2, 5
  4. 3, 4
  5. 1, 4

İtaliya, Kanada və Özbəkistanda kofe istehsal edilmir. Verilən ölkələrdən kofe istehsalı üzrə ixtisaslaşan Kolumbiya və İndoneziyadır.

Doğru cavab: 3, 4

Sual 18

Ölkələrdən hansıların iqtisadi inkişafında azad iqtisadi zonalar önəmli rol oynayır?
1. Misir
2. Sinqapur
3. İran
4. Birləşmiş Ərəb Əmirliyi
5. Yəmən

Sual 18 Bir cavab seçin:

  1. 2, 4
  2. 1, 2
  3. 3, 4
  4. 1, 5
  5. 3, 5

Verilən ölkələrdən azad iqtisadi zonaların hesabına iqtisadi inkişafa nail olan ölkələr Sinqapur və BƏƏ-dir.

Doğru cavab: 2, 4

Sual 19

Yazıçılardan hansı elmi-fantastika, qorxu ədəbiyyatı və detektiv janrındakı əsərləri ilə məşhurdur?

Sual 19 Bir cavab seçin:

  1. Volter Skott
  2. Yuval Noah Harari
  3. Stiven Kinq
  4. Elis Uoker
  5. Amin Maluf

Tapşırıqda adları qeyd olunan yazıçılardan elmi-fantastika, qorxu ədəbiyyatı və detektiv janrındakı əsərləri ilə məşhur olanı Stiven Kinqdir.

Doğru cavab: Stiven Kinq

Sual 20

“Zorən xəstə”, “Kişilərə ibrət dərsi”, “Xəsis” kimi əsərlərin müəllifi olan məşhur komediya yazıçısı:

Sual 20 Bir cavab seçin:

  1. Molyer
  2. Dostoyevski
  3. Dante
  4. Balzak
  5. London

Tapşırıqda qeyd edilən hər üç əsər fransız yazıçısı Molyerə məxsusdur.

Doğru cavab: Molyer

Sual 21

Əsərlərdən hansılar Frans Kafkaya məxsusdur?

Sual 21 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. “Siyasi ideallar”
  2. “Çevrilmə” (“Metamorfoz”)
  3. “Hakimiyyət və şəxsiyyət”
  4. “Düşünmək”
  5. “Fakt və uydurma”

Verilən əsərlərdən yalnız “Düşünmək” və “Çevrilmə” (“Metamorfoz”) F. Kafkaya məxsusdur.

Düzgün cavablar: “Düşünmək”, “Çevrilmə” (“Metamorfoz”)

Sual 22

Göstərilən memarlıq abidəsi hansı mədəniyyətə aiddir?

Sual 22 Bir cavab seçin:

  1. Yunan
  2. Hindistan
  3. Babil
  4. Roma
  5. Çin

Göstərilən memarlıq abidəsi (Kariatid) yunan mədəniyyətinə məxsusdur.

Doğru cavab: Yunan

Sual 23

Göstərilən ölkələrin Yer səthi boyunca Azərbaycandan uzaqlıq dərəcəsinə görə (yaxından uzağa) ardıcıllığını müəyyən edin.
1. Belçika
2. Portuqaliya
3. Bolqarıstan
4. İsveçrə
5. Macarıstan

Sual 23 Bir cavab seçin:

  1. 3, 5, 4, 1, 2
  2. 2, 5, 3, 1, 4
  3. 3, 1, 5, 4, 2
  4. 4, 5, 2, 3, 1
  5. 5, 3, 4, 2, 1

Verilən ölkələrin Azərbaycandan uzaqlığına görə yerləşmə ardıcıllığı belədir: Bolqarıstan, Macarıstan, İsveçrə, Belçika, Portuqaliya.

Doğru cavab: 3, 5, 4, 1, 2

Sual 24

Son məlumatlara əsasən Avropada ən çox turist qəbul edən ilk iki ölkə:

Sual 24 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. İngiltərə
  2. İsveçrə
  3. Fransa
  4. İspaniya
  5. Almaniya

Son məlumatlara əsasən Avropada ən çox turist qəbul edən ilk iki ölkə Fransa və İspaniyadır.

Düzgün cavablar: İspaniya, Fransa

Sual 25

Verilən dillərin hansında daha çox insan danışır?

Sual 25 Bir cavab seçin:

  1. italyan
  2. yapon
  3. fars
  4. alman
  5. ispan

Dünyada verilən dillərdən ən çox danışılanı ispan dilidir.

Doğru cavab: ispan

3. İdarəetmənin əsasları

Sual 1

Digər şərtlər dəyişmədikcə göstərilən proseslərin bir ölkə iqtisadiyyatında ehtimal olunan baş vermə ardıcıllığını müəyyən edin.
1. İnsanların seçim imkanlarının artması
2. Xarici sərmayə qoyuluşunun artması
3. Ölkəyə daha çox malların gətirilməsi
4. İdxalın stimullaşması
5. Milli valyutanın möhkəmlənməsi

Sual 1 Bir cavab seçin:

  1. 2, 5, 4, 3, 1
  2. 2, 4, 5, 1, 3
  3. 5, 4, 1, 3, 2
  4. 5, 2, 1, 4, 3
  5. 4, 5, 2, 3, 1

Tapşırıqda verilən proseslərin iqtisadi qanunauyğunluqlara əsasən baş vermə ardıcıllığı aşağıdakı şəkildə reallaşa bilər: Ölkəyə xarici sərmayə qoyuluşunun artması milli valyutanı möhkəmləndirər. Milli valyutanın möhkəmlənməsi idxalı stimullaşdırır. Bu isə ölkəyə daha çox məhsulların gətirilməsinə səbəb olur. Sonuncu isə insanların seçim imkanlarının artması ilə nəticələnir.

Doğru cavab: 2, 5, 4, 3, 1

Sual 2

Hazırda kənd təsərrüfatını intensiv metodlarla inkişaf etdirən ölkələrlə bağlı aşağıdakı fikirlərdən hansı(lar) doğru deyil?
1. Əhalinin çox hissəsi kənd təsərrüfatında işləyir.
2. Məhsuldarlıq yüksəkdir.
3. Ənənəvi suvarma sistemlərindən geniş istifadə olunur.
4. Texnologiyanın imkanlarından geniş istifadə olunur.

Sual 2 Bir cavab seçin:

  1. 1 və 3
  2. 3 və 4
  3. yalnız 2
  4. yalnız 1
  5. 1 və 2

Kənd təsərrüfatını intensiv metodlarla inkişaf etdirən ölkələrdə əhalinin çox hissəsi sənaye və xidmət sahələrində çalışır. Bu ölkələrdə müasir suvarma sistemlərinə üstünlük verilir.

Məhsuldarlığın yüksək olması və texnologiyanın imkanlarından geniş istifadə edilməsi bu ölkələrin xarakterik xüsusiyyətlərindəndir.

Doğru cavab: 1 və 3

Sual 3

Dövlət idarəetməsində daha yeni tendensiyalardan biridir:

Sual 3 Bir cavab seçin:

  1. Hakimiyyətin bölünməsi
  2. İctimai iştirakçılıq
  3. Təmərküzləşmə
  4. Qanunçuluq
  5. Demokratiklik

Hakimiyyətin bölünməsi, mərkəzləşdirmə (hazırda bunun əksi müşahidə olunur), demokratiklik, qanunçuluq dövlət idarəetməsində yüz illərlə mövcud olan ənənəvi yanaşmalardır. Bunlarla müqayisədə ictimai iştirakçılıq son 30 ildə aktuallıq qazanmışdır.

Doğru cavab: İctimai iştirakçılıq

Sual 4

Bir ölkə iqtisadiyyatında aşağıdakılardan hansıların eyni anda baş verə bilmək ehtimalı azdır?

Sual 4 Bir cavab seçin:

  1. İnflyasiyanın yüksəlməsi və əmək haqlarının artırılması
  2. Hökumət xərclərinin artırılması, qiymətlərin aşağı düşməsi
  3. İxrac gəlirlərinin artması, idxal xərclərinin azalması
  4. Həm ixracın, həm də idxalın artması
  5. Büdcənin gəlirlərinin və xərclərinin artması

Hökumət xərcləri iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən təhsil, səhiyyə, infrastruktur, sosial təminat və s. sahələrdə xərclənən vəsaitlərdir. Bu xərclərin artması tələbi artırdığına görə qiymətlərin də yüksəlməsinə gətirib çıxarır. Digər bəndlərdə verilənlərin eyni vaxtda baş verməsi mümkündür.

Doğru cavab: Hökumət xərclərinin artırılması, qiymətlərin aşağı düşməsi

Sual 5

Uzun müddət ərzində erməni silahlı qüvvələri tərəfindən “Qafqazın Xirosiması” adlanan Ağdam və digər işğal olunmuş ərazilərdə Azərbaycana məxsus mədəni sərvətlər qəsdən dağıdılmış, qanunsuz mənimsəmə və vandalizm aktları törədilmişdir. Erməni silahlı birləşmələrinin bu əməlləri:

Sual 5 Bir cavab seçin:

  1. hərbi xidmət əleyhinə olan cinayətdir
  2. müharibə cinayətidir
  3. sülh və insanlıq əleyhinə cinayətdir
  4. dövlət hakimiyyəti əleyhinə olan cinayətdir
  5. mülkiyyət əleyhinə cinayətdir

Həm Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 116-cı maddəsinə (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), həm də beynəlxalq cinayət hüququna əsasən erməni silahlı qüvvələrinin törətdiyi əməl müharibə cinayəti hesab olunur.

Doğru cavab: müharibə cinayətidir

Sual 6

Vətəndaşların vəzifələrinə aiddir:

Sual 6 Bir cavab seçin:

  1. Hüquqi yardım almaq
  2. Yaradıcılıq
  3. Vətənə sədaqət
  4. Azad sahibkarlıq
  5. Seçki

Vətənə sədaqət vətəndaşların vəzifələrinə daxildir. Digər bəndlərdə verilənlər hüquqlara aiddir.

Doğru cavab: Vətənə sədaqət

Sual 7

Qlobal iqtisadi dalğalanmalar bir ölkənin bank sektoruna, milli valyuta məzənnəsinə ciddi təsir etmirsə, həmin ölkə ilə bağlı birmənalı olaraq hansını demək olar?

Sual 7 Bir cavab seçin:

  1. Xammal ixrac edir.
  2. Avropa qitəsində yerləşir.
  3. Kredit faizləri yuxarıdır.
  4. Maliyyə sabitliyi var.
  5. Gömrük tarifləri aşağıdır.

Qlobal iqtisadi dalğalanmalar bir ölkənin bank sektoruna, milli valyuta məzənnəsinə ciddi təsir etmirsə, bu həmin ölkədə birmənalı olaraq maliyyə sabitliyinin olduğunu göstərir. Digər bəndlərdə verilənlərin hər biri  ilə bir ölkə iqtisadiyyatının qlobal şoklara dayanıqlılığı arasında hər zaman keçərli olan səbəb-nəticə əlaqəsi yoxdur.

Doğru cavab: Maliyyə sabitliyi var.

Sual 8

İkipartiyalı sistemin mövcud olduğu ölkələrlə bağlı hansı fikirlər doğrudur?

Sual 8 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Seçicilərin böyük əksəriyyəti seçkilərdə iki partiyadan birinə səs verir.
  2. Qalib gələn partiyanın bir qayda olaraq koalisiya qurmağa ehtiyacı olmur.
  3. Türkiyə son 50 ildə ikipartiyalı sistemə tipik nümunələrdən biridir
  4. Belə sistemlərdə siyasi qütbləşmə mövcud olmur.
  5. Bu ölkələrin hamısında seçkilərdə cəmi iki siyasi qüvvə iştirak edir.

İkipartiyalı sistemlərdə ölkənin siyasi həyatında iki siyasi partiya dominant rol oynayır və seçicilərin böyük əksəriyyəti iki partiyadan birinə səs verir. Lakin bu həmin ölkələrdə heç vaxt başqa siyasi qüvvələrin olmadığı və seçkilərdə iştirak etmədiyi demək deyil. Türkiyə çoxpartiyalı sistemin mövcud olduğu ölkədir. İkipartiyalı sistemin olduğu ölkələrdə qalib gələn partiyanın bir qayda olaraq koalisiya qurmağa ehtiyacı olmur. İkipartiyalı sistemlərdə  başqa kiçik partiyalar mövcud ola bilər, lakin onlar nadir hallarda qanunvericiliyə əhəmiyyətli dərəcədə təsir göstərmək üçün kifayət qədər səs toplayırlar. Bu o deməkdir ki, qalib partiya digər partiyaların dəstəyinə ehtiyac duymadan qanunları qəbul etmək üçün kifayət qədər çoxluğa malik olur. Belə sistemdə iki siyasi qüvvə arasında qütbləşmə müşahidə olunur.

Düzgün cavablar: Seçicilərin böyük əksəriyyəti seçkilərdə iki partiyadan birinə səs verir., Qalib gələn partiyanın bir qayda olaraq koalisiya qurmağa ehtiyacı olmur.

Sual 9

Hazırda ölkəmizdə milli valyutada sığortalanan əmanətlərin illik faiz dərəcəsi maksimum neçə ola bilər?

Sual 9 Bir cavab seçin:

  1. 11
  2. 10
  3. 15
  4. 14
  5. 12

Ölkəmizdə milli valyutada sığortalanan əmanətlərin illik faiz dərəcəsi maksimum 12% ola bilər.

Doğru cavab: 12

Sual 10

Azərbaycanda da tətbiq olunan “Bir Pəncərə” prinsipi ilə bağlı doğru cavabı müəyyən edin.

Sual 10 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Fərdlər üçün əlverişli olsa da, effektiv dövlət nəzarətinə mənfi təsir göstərir.
  2. Bir nöqtədən müraciətlə müxtəlif əməliyyatların yerinə yetirilməsini təmin edir.
  3. Təhlükəsizlik tədbirlərinin bir mərkəzdən idarə edilməsinə verilən addır.
  4. İdxal-ixrac əməliyyatlarında və vergi xidmətində istifadə olunur.
  5. Elektron hökumət modelinə alternativ sistemdir.

"Bir nöqtədən müraciətlə müxtəlif əməliyyatların yerinə yetirilməsini təmin edir" və "İdxal-ixrac əməliyyatlarında və vergi xidmətində istifadə olunur" bəndləri tapşırığın doğru cavabıdır. Bir pəncərə sistemi təhlükəsizliklə bağlı anlayış deyil. Eləcə də elektron hökumət modelinə alternativ yox ona uyğun sistemdir. Bu sistem effektiv dövlət nəzarətinə mənfi təsir göstərmir.

Düzgün cavablar: Bir nöqtədən müraciətlə müxtəlif əməliyyatların yerinə yetirilməsini təmin edir., İdxal-ixrac əməliyyatlarında və vergi xidmətində istifadə olunur.

Sual 11

Hansılar idarəetmədə sistemin xüsusiyyətlərindəndir?

Sual 11 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Sistem alt-sistemlərdən ibarət ola bilər.
  2. Xarici aləmlə əlaqələr sistemi zəiflədir.
  3. Bütün sistemlərdə işlək əks-əlaqə mexanizmi var.
  4. Sistemin komponentləri müstəqil fəaliyyət göstərməlidir.
  5. Açıq sistemlər özlərini təkmilləşdirmək imkanına malik olur.

"Sistem alt-sistemlərdən ibarət ola bilər" və "Açıq sistemlər özlərini təkmilləşdirmək imkanına malik olur" bəndləri doğrudur. Xarici aləmlə əlaqələr sistem üçün həyati əhəmiyyət daşıyır. İşlək əks-əlaqə mexanizminin olmadığı sistemlər də var. Sistemin komponentləri müstəqil yox, birlikdə fəaliyyət göstərir.

Düzgün cavablar: Sistem alt-sistemlərdən ibarət ola bilər., Açıq sistemlər özlərini təkmilləşdirmək imkanına malik olur.

Sual 12

2023-cü ildə Azərbaycanın qeyri neft-qaz sektorunda ən çox ixrac gəliri əldə etdiyi iki məhsul:

Sual 12 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. elektrik enerjisi
  2. pambıq mahlıcı
  3. qızıl
  4. meşə fındığı
  5. xurma

Statistik məlumatlara əsasən 2023-cü ildə Azərbaycanın qeyri neft-qaz sektorunda ən çox ixrac gəliri əldə etdiyi məhsullar elektrik enerjisi (402,5 milyon dollar) və qızıl (162,8 milyon) olmuşdur. Eyni dövrdə xurma ixracından 127,2, pambıq mahlıcı ixracından 122,4, meşə fındığı ixracından 119,6 milyon dollar gəlir əldə edilmişdir.

https://ereforms.gov.az/files/review/pdf/az/073108553487a1fc9aaab781784cca21.pdf ;

Düzgün cavablar: qızıl, elektrik enerjisi

Sual 13

Azərbaycan iqtisadiyyatında ənənəvi təsərrüfat sahələri olmaqla yerli xammal hesabına inkişaf potensialı böyükdür:

Sual 13 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Tropik meyvələri istehsalının
  2. Şəkər istehsalının
  3. Xalçaçılığın
  4. Mebel istehsalının
  5. Şərabçılığın

Tapşırıqda göstərilənlərdən Azərbaycan üçün qədim ənənələri olan təsərrüfat sahələri şərabçılıq və xalçaçılıqdır. Bu sahələrin həm də yerli xammal hesabına inkişaf potensialı böyükdür. Digər bəndlərdə verilən təsərrüfat sahələri qeyd olunan iki xüsusiyyəti daşımır.

Düzgün cavablar: Şərabçılığın, Xalçaçılığın

Sual 14

Sinerji anlayışı ilə bağlı doğru fikirləri müəyyən edin.
1. Sinerjinin ortaya çıxması üçün paylaşılan hədəflər və dəyərlərlə bağlı hər kəsdə aydın təsəvvür olmalıdır.
2. Qrup üzvləri arasında rəqabət daha çox sinerji ortaya çıxarır.
3. Ortaya çıxan bütöv güc onun parçalarının toplamından daha böyük olur.
4. Liderlik tərzi sinerjiyə əhəmiyyətli təsir göstərmir.
5. Sinerji tamamilə yeni keyfiyyətlərin ortaya çıxmasına gətirib çıxara bilər.

Sual 14 Bir cavab seçin:

  1. 1, 3, 5
  2. 1, 2, 5
  3. 2, 3
  4. 3, 4, 5
  5. 2, 4

Qrup üzvləri arasında rəqabət yox, əməkdaşlıq sinerji ortaya çıxarır. Lider və ya liderlik tərzi sinerjiyə əhəmiyyətli təsir göstərir. Digər bəndlərdə verilənlər tapşırığın doğru cavabıdır.

Doğru cavab: 1, 3, 5

Sual 15

İdarəetmədə hansılar xarici motivasiyaya nümunə göstərilə bilər?

Sual 15 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. cavabdehlik hissi
  2. öz bacarıqlarına inam
  3. əmək təhlükəsizliyi
  4. yenilik yaratmaq həvəsi
  5. təltif

Təltif və əmək təhlükəsizliyi motivasiyaya təsir göstərən xarici amillərə daxildir. Digər bəndlərdə verilənlər daxili motivasiyaya aiddir.

Düzgün cavablar: təltif, əmək təhlükəsizliyi

Sual 16

Şirkətlərdə “CIO” kimə deyilir?

Sual 16 Bir cavab seçin:

  1. informasiya texnologiyaları bölməsinin rəhbərinə
  2. bütün şirkətlərdəki baş menecerə
  3. bütün iqtisadi fəaliyyətlərə rəhbərlik edən şəxsə
  4. insan resurslarını idarə edən şəxsə
  5. şirkətlərdə xarici əlaqələrə məsul şəxsə

“CIO” (Chief Information Officer) informasiya texnologiyaları bölməsinin rəhbərinə deyilir.

Doğru cavab: informasiya texnologiyaları bölməsinin rəhbərinə

Sual 17

Doğru uyğunluqları müəyyən edin.
Ənənəvi idarəetmə – Müasir idarəetmə

Sual 17 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Dövlət (təşkilat) mərkəzlidir – Vətəndaş mərkəzlidir
  2. Xidmətlərdə keyfiyyətə önəm verilir – Xidmətlərdə kəmiyyətə önəm verilir
  3. Norma və qaydalara əsaslanan yaxından nəzarət vardır – Performansı ölçmək üçün nəzarət vardır
  4. Səlahiyyətlər paylaşılır – Səlahiyyətlər bir əldə toplanılır
  5. İdarəçi təşəbbüskardır – İdarəçi bürokratdır

"Dövlət (təşkilat) mərkəzlidir – Vətəndaş mərkəzlidir" və "Norma və qaydalara əsaslanan yaxından nəzarət vardır – Performansı ölçmək üçün nəzarət vardır" bəndlərində verilənlər ənənəvi və müasir idarəetmə üçün doğru cavablardır. Digər bəndlərdə ənənəvi idarəetmə üçün verilən xüsusiyyətlər müasir idarəetmə üçün xarakterik olduğundan doğru hesab edilə bilməz.

Düzgün cavablar: Dövlət (təşkilat) mərkəzlidir – Vətəndaş mərkəzlidir, Norma və qaydalara əsaslanan yaxından nəzarət vardır – Performansı ölçmək üçün nəzarət vardır

Sual 18

Yerli idarəetmə ilə bağlı doğru cavabı müəyyən edin.
1. Öz büdcələri və gəlir mənbələri olur.
2. Demokratiyanın inkişafına müsbət töhfə verir.
3. Bir qayda olaraq təyinetmə yolu ilə formalaşdırılır.

Sual 18 Bir cavab seçin:

  1. 1 və 3
  2. 2 və 3
  3. yalnız 1
  4. 1 və 2
  5. yalnız 3

1-ci və 2-ci bəndlər tapşırığın doğru cavabıdır. Yerli idarəetməni həyata keçirən orqanlar (bələdiyyələr) təyinetmə yox, seçki yolu ilə formalaşır.

Doğru cavab: 1 və 2

Sual 19

Hüquqi dövlətin əlamətlərinə aiddir:

Sual 19 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılması
  2. icra hakimiyyətinin məhkəmə hakimiyyətinə nəzarət etməsi
  3. hakimiyyətin bölünməsi
  4. demokratiya olmadan da mövcud ola bilməsi
  5. hər cür qanuna əməl edilməsi

Demokratiya hüquqi dövlətin mövcudluğunun əsas şərtlərindən biridir.
Hüquqi dövlətdə məhkəmə hakimiyyəti müstəqil olur və icra hakimiyyətinin nəzarətində ola bilməz. Hər cür qanuna əməl edilməsi də hüquqi dövlətin əlaməti deyil. Çünki dəqiqliklə əməl edilən qanun antidemokratikdirsə, bu, hüquqi dövlətin əlaməti hesab edilə bilməz.

Düzgün cavablar: dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılması, hakimiyyətin bölünməsi

Sual 20

– Strategiya və proyektlərinin hər zaman dəyişən şərtlərə açıq olması və bu baxımdan ehtiyac yarandıqda onlarda dəyişiklik edilməsi;
– Həyata keçiriləcək proyektin bütün mərhələlərinin əvvəlcədən planlaşdırılması və həyata keçirilməsi
Yuxarıda göstərilənlər bacarıqlı bir idarəçidə hansı xüsusiyyətlərin olduğunu göstərir?

Sual 20 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. risk etmək
  2. adaptivlik
  3. emosional zəka
  4. təşkilatçılıq
  5. özünə inam

– Strategiya və proyektlərinin hər zaman dəyişən şərtlərə açıq olması və bu baxımdan ehtiyac yarandıqda onlarda dəyişiklik edilməsi adaptivlik;
– Həyata keçiriləcək proyektin bütün mərhələlərinin əvvəlcədən planlaşdırılması və həyata keçirilməsi təşkilatçılıq bacarıqları ilə bağlıdır.

Düzgün cavablar: adaptivlik, təşkilatçılıq

Sual 21

Yenicə istifadəyə verilmiş Bakı-Quba yolundan istifadə edən Əhməd yolda sürət məhdudiyyətinin olmamasından sui-istifadə edərək 190 km/s-lə hərəkət edərək yol kənarındakı maneəyə çırpılmış və nəticədə onun yanında əyləşən İlqar aldığı xəsarətlərdən həlak olmuşdur. Əhmədin əməli:

Sual 21 Bir cavab seçin:

  1. mülki hüquq pozuntusudur
  2. ehtiyatsızlıqdan törədilmiş cinayətdir
  3. birbaşa qəsdlə törədilmiş cinayətdir
  4. hüquq pozuntusu deyil
  5. inzibati xətadır

Əhməd Cinayət məcəlləsinin 26.3.-cü bəndinə əsasən  öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdir. Əhmədin əməli (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət (ehtiyatsızlıqdan törədilmiş) hesab olunur.

Doğru cavab: ehtiyatsızlıqdan törədilmiş cinayətdir

Sual 22

Hansı istehlakçı hüququ hesab edilmir?

Sual 22 Bir cavab seçin:

  1. Mağazada bir məhsulun etiket qiymətindən aşağı satılmasını tələb etmək
  2. İctimai təşkilatlarda birləşmək
  3. Malları, istehsalçıları sərbəst seçmək
  4. Ona dəymiş zərərə görə təzminat tələb etmək
  5. Lazımi keyfiyyətdə olmayan malı geri qaytarmaq

İstehlakçının mağazada bir məhsulun etiket qiymətindən aşağı satılmasını tələb etmək hüququ yoxdur. Digər bəndlərdə verilənlər istehlakçıların hüquqlarına aiddir.

Doğru cavab: Mağazada bir məhsulun etiket qiymətindən aşağı satılmasını tələb etmək

Sual 23

Hazırda iqtisadiyyatı ən böyük ilk beş ölkəyə daxildir:

Sual 23 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Yaponiya
  2. İngiltərə
  3. Almaniya
  4. Kanada
  5. İndoneziya

Ölkələr üzrə iqtisadiyyatın böyüklüyü ÜDM-nin həcminə görə müəyyən edilir. Bu göstərici üzrə son statistik məlumatlara əsasən iqtisadiyyatı ən böyük 5 ölkə ABŞ, Çin, Yaponiya, Almaniya və Hindistandır.

Düzgün cavablar: Yaponiya, Almaniya

Sual 24

Azərbaycanda kimlər siyasi partiyalara üzv ola bilər?
1. sahibkarlar
2. müəllimlər
3. hakimlər
4. din xadimləri
5. hərbi qulluqçular

Sual 24 Bir cavab seçin:

  1. 1, 2
  2. 1, 5
  3. 3, 4
  4. 3, 5
  5. 2, 4

“Siyasi partiyalar haqqında” qanuna əsasən test tapşırığında qeyd olunanlardan hakimlər, din xadimləri və hərbi qulluqçular siyasi partiyalara üzv ola bilməzlər. Sahibkarlar və müəllimlərlə bağlı belə bir qadağa yoxdur.

Doğru cavab: 1, 2

Sual 25

Səlahiyyət, cavabdehlik və proseduraların əvvəldən bilinməsi, sənədlərin və informasiyaların əlçatanlığı idarəetmədəki hansı prinsipi özündə əks etdirir?

Sual 25 Bir cavab seçin:

  1. şəffaflıq
  2. effektivlik
  3. vətəndaşyönümlülük
  4. vicdanlılıq
  5. hesabatlılıq

Tapşırıqda qeyd olunan prinsip şəffaflıqdır.

Doğru cavab: şəffaflıq

4. Müasir trendlər

Sual 1

COP beynəlxalq təşkilatı ilə bağlı doğru fikirləri müəyyən edin.

Sual 1 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Ən böyük regional forumdur.
  2. Konfranslarında inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə yardımlar müzakirə olunur.
  3. İştirakçı ölkə BMT tərəfindən səsvermə ilə müəyyən edilir.
  4. Konfranslarında karbon emissiyasının azaldılması ilə bağlı yeni hədəflər müzakirə edilir.
  5. Ölkələrin insan inkişafı indeksi ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri müzakirə olunur.

COP konfranslarında ölkələrin insan inkişafı indeksi ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri müzakirə olunmur. İştirakçı ölkə BMT tərəfindən müəyyən edilmir. COP regional yox, qlobal forumdur.

Düzgün cavablar: Konfranslarında karbon emissiyasının azaldılması ilə bağlı yeni hədəflər müzakirə edilir., Konfranslarında inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə yardımlar müzakirə olunur.

Sual 2

“Rəqəmsal detoks” anlayışı ilə bağlı hansı fikirlər doğrudur?

Sual 2 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. İnsanların fasiləsiz, ömür boyu riayət edəcəyi bir həyat tərzi kimi başa düşülür.
  2. İnternet məkanındakı zərərli məzmunun filtrlənməsi deməkdir.
  3. İnsanların bir-biri ilə real ünsiyyət qurmaq imkanlarını artırır.
  4. Bütün elektrikli cihazlardan istifadəni məhdudlaşdırmaq deməkdir.
  5. İnsanların rəqəmsal cihazlardan bir müddətliyinə uzaqlaşması deməkdir.

“Rəqəmsal detoks” insanların ancaq bir müddətliyinə və ancaq rəqəmsal cihazlardan uzaqlaşmasını ifadə edən anlayışdır. Buna əsasən "İnsanların rəqəmsal cihazlardan bir müddətliyinə uzaqlaşması deməkdir" və "İnsanlara təbiət qoynunda istirahət etmə, insanlarla real ünsiyyət qurma imkanı yaradır" fikri tapşırığın doğru cavabıdır.

Düzgün cavablar: İnsanların rəqəmsal cihazlardan bir müddətliyinə uzaqlaşması deməkdir., İnsanların bir-biri ilə real ünsiyyət qurmaq imkanlarını artırır.

Sual 3

Hansılar “Z” nəslinin xüsusiyyətlərindən hesab edilir?
1. Zəif sahibkarlıq düşüncəsinə malikdirlər.
2. Daha praqmatik və realistdirlər.
3. İqlim dəyişikliyi, irqi, cinsi ayrı-seçkilik kimi mövzulara həssas münasibət göstərirlər.
4. Keçmişlə bağlı nostalgiya hissləri güclüdür.
5. Fərqli təcrübələrdən daha çox bir iş yerində uzun müddət çalışmağa üstünlük verirlər.

Sual 3 Bir cavab seçin:

  1. 2, 3
  2. 2, 5
  3. 3, 4
  4. 1, 5
  5. 1, 4

Müşahidələr və araşdırmalar “Z” nəslinin müəyyən xarakteristik xüsusiyyətlərlə bərabər, güclü sahibkarlıq düşüncəsinə malik olduqlarını, daha praqmatik və realist olduqlarını, nostalgiya hisslərinə meyilli olmadıqlarını, müxtəlif iş təcrübələrinə daha çox üstünlük verdiklərini və iqlim dəyişikliyi, irqi, cinsi ayrı-seçkilik kimi mövzulara həssas münasibət bəslədiklərini göstərir.

Doğru cavab: 2, 3

Sual 4

Hazırda Azərbaycanda elektrik enerjisi istehsalının təqribən neçə faizi bərpa olunan enerji mənbələrindən əldə edilir?

Sual 4 Bir cavab seçin:

  1. 3%
  2. 1%
  3. 18%
  4. 22%
  5. 7%

Statistik məlumatlara əsasən hazırda Azərbaycanda elektrik enerjisi istehsalının təqribən 7 faizini bərpa olunan enerji mənbələrindən əldə edilir.

Doğru cavab: 7%

Sual 5

Real dünyadakı əşyaların, sistemlərin və ya proseslərin xüsusiyyətlərini, davranışlarını virtual şəkildə təqlid edərək təhlil, proqnoz və optimallaşdırma təmin edən model:

Sual 5 Bir cavab seçin:

  1. virtual reallıq
  2. rəqəmsal əkiz
  3. virtual iş yeri
  4. rəqəmsal hesablama
  5. artırılmış reallıq

Test tapşırığında təsvir edilən model rəqəmsal əkizdir.

Doğru cavab: rəqəmsal əkiz

Sual 6

Hansılar 4-cü sənaye inqilabı ilə bağlı yeniliklərdəndir?

Sual 6 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. İnkişaf etmiş kiber-fiziki sistemlər
  2. Avtomatlaşdırma
  3. Blokçeyn texnologiyası
  4. Kütləvi istehsala keçilməsi
  5. Kompüterləşmə

İnkişaf etmiş kiber-fiziki sistemlər və blokçeyn texnologiyası 4-cü sənaye inqilabı ilə bağlı yeniliklərdəndir. Digər bəndlərdə verilənlər daha əvvəlki dövrlərə aiddir.

Düzgün cavablar: İnkişaf etmiş kiber-fiziki sistemlər, Blokçeyn texnologiyası

Sual 7

Yaşıl enerji ilə bağlı doğru fikirləri müəyyən edin:

Sual 7 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Bütün ölkələrin müxtəlif yaşıl enerji mənbələri ilə təmin olunma imkanları eyni səviyyədədir.
  2. Elektrik enerjisinə olan ehtiyacının 50%-dən çoxunu yaşıl enerji hesabına təmin edən ölkələr var.
  3. Yaşıl enerji istehsalı üçün potensial imkanlar digər mənbələrlə müqayisədə daha çoxdur.
  4. Yaşıl enerjiyə qlobal ehtiyac son 20 ildə artsa da, əldə edilən yaşıl enerjinin qiymətində nəzərəçarpacaq dəyişiklik olmamışdır.
  5. Yaşıl enerji investisiyalarının yeni iş yerləri yaratma imkanları daha məhduddur.

Hazırda elektrik enerjisinə olan ehtiyacının 50%-dən çoxunu yaşıl enerji hesabına təmin edən ölkələr vardır. Eyni zamanda, yaşıl (bərpa olunan) enerji istehsalı üçün potensial imkanlar digər mənbələrlə müqayisədə dəfələrlə çoxdur. Texnoloji inkişaf nəticəsində son illərdə yaşıl enerji daha ucuz əldə edilməyə başlanıb. İqlim və coğrafi mövqe səbəbindən bütün ölkələrin müxtəlif yaşıl enerji mənbələri ilə təmin olunma imkanları eyni səviyyədə deyil. Eyni zamanda yaşıl enerji investisiyalarının yeni iş yerləri yaratma imkanlarının kifayət qədər geniş olduğu bilinməkdədir.

Düzgün cavablar: Elektrik enerjisinə olan ehtiyacının 50%-dən çoxunu yaşıl enerji hesabına təmin edən ölkələr var., Yaşıl enerji istehsalı üçün potensial imkanlar digər mənbələrlə müqayisədə daha çoxdur.

Sual 8

Beynəlxalq Enerji Agentliyinin 2022-ci il hesabatına görə elektrik enerjisi qiymətləri üzərində qlobal təzyiqin 90%-i yüksək neft, qaz və kömür qiymətləri ilə bağlıdır.
Bu məlumata əsasən aşağıdakı nəticələrdən hansılara gələ bilərik?

Sual 8 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. xammalla zəngin ölkələrdəki silahlı münaqişələrin elektrik enerjisi qiymətlərinə təsir göstərə biləcəyi
  2. elektrik enerjisi qiymətlərinə təsir göstərən cəmi bir faktorun mövcud olduğu
  3. mövcud sistemin dayanıqlı olmadığı
  4. yaşıl enerji istehsalının hazırda qiymətlərə həlledici təsir göstərdiyi
  5. qiymətləri birdəfəlik tənzimləmənin ən optimal çıxış yolunun yeni neft, qaz və kömür yataqlarının kəşf edilməsi olduğu

Şərtdə qeyd edilən məlumatlara əsasən yaşıl enerji istehsalının hazırda qiymətlərə həlledici təsir göstərmədiyi, xammalla zəngin ölkələrdəki silahlı münaqişələrin neft və qaz qiymətlərinə, bunun da elektrik enerjisi qiymətlərinə təsir göstərə biləcəyi, mövcud sistemin dayanıqlı olmadığı, qiymətləri birdəfəlik tənzimləmənin ən optimal çıxış yolunun yeni neft, qaz və kömür yataqlarının kəşf edilməsi olmadığı qənaətinə gələ bilərik. Tapşırıqda elektrik enerjisi qiymətlərinə təsir göstərən bir faktordan bəhs edilsə də, digər 10%-lik təsirə başqa faktorun və ya faktorların təsir göstərdiyini müəyyən edə bilərik.

Düzgün cavablar: xammalla zəngin ölkələrdəki silahlı münaqişələrin elektrik enerjisi qiymətlərinə təsir göstərə biləcəyi, mövcud sistemin dayanıqlı olmadığı

Sual 9

Aşağıdakılardan hansı süni intellektlə bağlı son yenilikdir?

Sual 9 Bir cavab seçin:

  1. DeepL
  2. Gemini
  3. Chatbot
  4. Yandex Translater
  5. ChatGPT

Göstərilənlərdən süni intellektlə bağlı ən son yenilik Google şirkətinin 2023-cü ildə təqdim etdiyi söhbət robotu Geminidir. Digər bəndlərdə verilənlər daha əvvəlki illərdə ortaya çıxmışdır.

Doğru cavab: Gemini

Sual 10

Yaşıl enerji ilə bağlı gözləntilərdən hansı hazırda Azərbaycan üçün aktual deyil?

Sual 10 Bir cavab seçin:

  1. ixrac gəlirlərinin əldə edilməsi
  2. enerji idxalı asılılığından azad olmaq
  3. müxtəlif yaşıl enerji mənbələrindən istifadə
  4. ətraf mühitin qorunması
  5. karbon emissiyasının azaldılması

Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin etdiyinə görə enerji idxalı asılılığından azad olmaq ölkəmiz üçün aktual gözlənti deyil. Digər bəndlərdə verilənlərin hər biri öz aktuallığını qoruyur.

Doğru cavab: enerji idxalı asılılığından azad olmaq

Sual 11

Hansı orqanik məhsullara tələbi artıran faktorlardandır?

Sual 11 Bir cavab seçin:

  1. gec çürüməsi
  2. hər mövsümdə və iqlim şəraitində asanlıqla yetişməsi
  3. keyfiyyətinin yüksək olması
  4. hər yerdə ucuz olması
  5. məhsuldarlığının GMO-lu məhsullardan daha yüksək olması

Bəzi faktorlarla bərabər, qida dəyərinin yüksək olması da orqanik məhsullara tələbi artırır. Digər bəndlərdə verilənlər geni modifikasiya olunmuş məhsullara aid xüsusiyyətlərdir.

Doğru cavab: keyfiyyətinin yüksək olması

Sual 12

Hansı elektron hökumət portalından istifadəyə nümunə göstərilə bilər?

Sual 12 Bir cavab seçin:

  1. Tibbi arayışların elektron registrindən məlumatların verilməsi
  2. Xaricdən göndərilən bağlamanın götürülməsi üçün poçt məntəqəsinə getmək
  3. Fərdi mənzilin tikintisi üçün memar tərəfindən eskiz layihəsinin hazırlanması
  4. İpoteka kreditinin alınması üçün zəruri sənədlərin şəxsən banka təqdim edilməsi
  5. Vətəndaşın hazırladığı Excel proqramı vasitəsilə öz sığorta məbləğini hesablaması

Tibbi arayışların elektron registrindən məlumatları elektron hökumət portalından əldə etmək mümkündür. Digər bəndlərdə verilənlərin həyata keçirilməsində elektron hökumət portalından istifadə edilmir.

Doğru cavab: Tibbi arayışların elektron registrindən məlumatların verilməsi

Sual 13

Hansılar dar (zəif) süni intellektə nümunə göstərilə bilər?

Sual 13 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Mücərrəd düşünmə
  2. Üz tanımaq
  3. Limitsiz müstəqil öyrənmək və uyğunlaşmaq
  4. Mətni başqa dilə tərcümə etmək
  5. Bilikləri ümumiləşdirib müxtəlif vəziyyətlərə uyğun olaraq tətbiq etmək

Dar (zəif) süni intellekt, əsasən, spesifik bir tapşırığı yerinə yetirmək üçün hazırlanmış süni intellekt proqramlarına verilən addır.
Buna əsasən üz tanımaq və mətni başqa dilə tərcümə etmək tapşırığın doğru cavabıdır. Digər bəndlərdə verilənlər dar süni intellektə nümunə göstərilə bilməz.

Düzgün cavablar: Üz tanımaq, Mətni başqa dilə tərcümə etmək

Sual 14

Qloballaşmanın iqtisadi aspektdən təzahürlərindəndir:
1. mədəniyyətlərarası dialoq
2. işçi qüvvəsinin sərbəst hərəkəti
3. siyasi ittifaqların yaranması
4. istehlakçıların seçim imkanlarının artması
5. internetdən istifadə

Sual 14 Bir cavab seçin:

  1. 1, 5
  2. 2, 5
  3. 3, 4
  4. 1, 3
  5. 2, 4

İşçi qüvvəsinin sərbəst hərəkəti və istehlakçıların seçim imkanlarının artması qloballaşmanın iqtisadi aspektdən təzahürlərinə nümunə göstərilə bilər. Digər bəndlərdə verilənlər mədəni, siyasi və texnoloji təzahürlərdir.

Doğru cavab: 2, 4

Sual 15

“Elektron demokratiya” anlayışı ilə bağlı doğru cavabı müəyyən edin.
1. Kibertəhlükəsizlik riskləri burada əhəmiyyətli deyil.
2. Ənənəvi demokratik proseslərlə müqayisədə xərcləri azalda bilər.
3. Seçkilərdə onlayn qaydada səs verilməsini nəzərdə tutur.
4. E-hökumət anlayışı ilə ziddiyyət təşkil edir.

Sual 15 Bir cavab seçin:

  1. 2, 4
  2. 3, 4
  3. yalnız 2
  4. 1, 3
  5. 2, 3

2 və 3-cü bəndlərdə verilən fikirlər doğrudur. Elektron demokratiya ənənəvi qaydada keçirilən seçkilərdə bülleten çapı və seçki prosesinin idarə edilməsi ilə bağlı xərcləri xeyli azalda bilər. Elektron demokratiya ilə bağlı kibertəhlükəsizlik riskləri əhəmiyyətlidir. Həmçinin bu anlayış e-hökumət anlayışı ilə bağlı ziddiyyət təşkil etmir.

Doğru cavab: 2, 3

Sual 16

5G texnologiyasının üstünlükləri arasında göstərilir:

Sual 16 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Hazırda hər yerdə əlçatandır.
  2. VR texnologiyasının inkişafını sürətləndirəcək.
  3. İnfrastrukturunun quraşdırılması 4G ilə müqayisədə ucuz başa gəlir.
  4. Böyük həcmli məlumatlar daha sürətlə göndəriləcək.
  5. Kibertəhlükəsizlik riskləri yoxdur.

5G texnologiyasından istifadə etmək üçün tələb olunan infrastruktur 4G ilə müqayisədə daha baha başa gəlir. Bu texnologiya hazırda hər yerdə əlçatan deyil və kibertəhlükəsizlik risklərindən tam şəkildə sığortalanmamışdır.

Düzgün cavablar: Böyük həcmli məlumatlar daha sürətlə göndəriləcək., VR texnologiyasının inkişafını sürətləndirəcək.

Sual 17

Göstərilən bank xidmətlərindən hansı daha gec ortaya çıxmışdır?

Sual 17 Bir cavab seçin:

  1. bank kartları
  2. internet bankçılığı
  3. ani ödəniş sistemi
  4. xarici ölkəyə pul köçürmək
  5. investisiya konsultasiyası

Göstərilən bank xidmətlərindən ən gec ortaya çıxanı (2000-ci ildən sonra) ani ödəniş sistemidir.

Doğru cavab: ani ödəniş sistemi

Sual 18

Hazırda ən çox aktiv istifadəçisi olan sosial media platforması:

Sual 18 Bir cavab seçin:

  1. Facebook
  2. Instagram
  3. Whatsapp
  4. TikTok
  5. X

Son statistik məlumatlara əsasən hazırda ən çox aktiv istifadəçisi olan sosial media platforması Facebookdur.
Doğru cavab: Facebook

Sual 19

Daha az karbon emissiyası həyata keçirən müəssisələrə subsidiya verilməsi yaşıl enerji konsepsiyasını dəstəkləyən hansı alətdən istifadə edildiyini göstərir?

Sual 19 Bir cavab seçin:

  1. iqtisadi
  2. ideoloji
  3. mədəni
  4. təhsil və maarifləndirici
  5. texnoloji

Tapşırıqda qeyd edilən alət iqtisadi (maliyyə) alətidir.

Doğru cavab: iqtisadi

Sual 20

Sosial media trendlərini iş strategiyalarına inteqrasiya etdirmək üçün zəruridir:

Sual 20 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Trendləri qurumun həyata keçirdiyi işlərin mahiyyəti ilə uyğun şəkildə əlaqələndirmək
  2. Ənənəvi məlumatlandırma metodlarından tamamilə imtina etmək
  3. Yeganə sosial media platformasından istifadə etmək
  4. Ünsiyyətin canlı bağlantı üsuluna daha çox üstünlük vermək
  5. Hədəf kütlənin maraqlarını və davranışlarını təhlil etmək

Sosial media trendlərini iş strategiyalarına inteqrasiya etdirmək üçün hədəf kütlənin maraqlarını və davranışlarını təhlil etmək və trendləri qurumun həyata keçirdiyi işlərin mahiyyətinə uyğun şəkildə əlaqələndirmək lazımdır. Digər bəndlərdə verilənlər bu fəaliyyətə məhdudiyyət gətirən addımlar olduğundan zəruri hesab edilə bilməz.

Düzgün cavablar: Hədəf kütlənin maraqlarını və davranışlarını təhlil etmək, Trendləri qurumun həyata keçirdiyi işlərin mahiyyəti ilə uyğun şəkildə əlaqələndirmək

Sual 21

Sosial şəbəkələrdə şəxsi məlumatların təhlükəsizliyini təhdid edən hallardandır:

Sual 21 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. lisenziyasız (pirat) proqramlardan istifadə etmək
  2. mesaj göndərə bilən şəxsləri məhdudlaşdırmaq
  3. tarixi abidələrin şəklini paylaşmaq
  4. rəsmi xəbər saytlarının linkini paylaşmaq
  5. zəif giriş şifrindən istifadə etmək

Lisenziyasız proqramlarda təhlükəsizliklə bağlı boşluqları ortadan qaldırmaq üçün müntəzəm yenilənmələr olmur. Eləcə də, asanlıqla aşkarlana bilən zəif giriş şifrəsi də tövsiyə edilmir.

Düzgün cavablar: lisenziyasız (pirat) proqramlardan istifadə etmək, zəif giriş şifrindən istifadə etmək

Sual 22

Aşağıdakılardan hansılar özündə ekoloji mahiyyət ehtiva etmir?
1. yaşıl internet
2. yaşıl maliyyə
3. yaşıl ekran
4. yaşıl iqtisadiyyat
5. yaşıl çay

Sual 22 Bir cavab seçin:

  1. 1, 4
  2. 3, 5
  3. 1, 5
  4. 2, 3
  5. 2, 4

Yaşıl internet internetdən istifadənin ətraf mühitə təsirini azaltmaq məqsədilə enerji istehlakını minimuma endirən səylər və texnologiyalarla bağlı ortaya çıxan anlayışdır. Yaşıl maliyyə ekoloji ehtiyacları nəzərə alan layihələri dəstəkləmək məqsədi daşıyan maliyyə məhsulları və xidmətləri ilə bağlı anlayışdır. Yaşıl iqtisadiyyat ekoloji riskləri azaltmağı, ətraf mühitə zərər verməməyi və davamlı inkişaf hədəfini özündə ehtiva edən iqtisadiyyatdır. Yaşıl ekran və yaşıl çay isə hər hansı ekoloji mahiyyət daşımayan ifadələrdir.

Doğru cavab: 3, 5

Sual 23

“Şəhər əfsanəsi” anlayışı ilə bağlı doğru fikirləri müəyyən edin.

Sual 23 Cavablardan birini və ya bir neçəsini seçin:

  1. Ancaq şəhər həyatı ilə bağlı mövzulardan bəhs edilir.
  2. Əsasən reallıqdan uzaq, uydurma məlumatlara əsaslanır.
  3. Heç kim tərəfindən ciddi qəbul olunmur.
  4. Çox qısa müddətdə unudulur.
  5. Bəzi şəhər əfsanələri insanlarda qorxu və şübhə yaratmaq məqsədilə ortaya atılmışdır.

“Şəhər əfsanəsi” müasir dövrün çox vaxt həqiqətlə əlaqəsi olmayan insanlar arasında yayılan əhvalatlarına və ya hadisələrinə verilən addır. Buradakı əhvalatların şəhər həyatı ilə əlaqəsi olmaya da bilər. Çox uzun müddət yaşayan şəhər əfsanələri mövcud olduğu kimi bu məlumatlara inanan kifayət qədər insanların olduğu da məlumdur. Bəzi şəhər əfsanələrinin məqsədli şəkildə insanlar arasında qorxu və şübhə yaratmaq məqsədilə ortaya atıldığı məlumdur.

Düzgün cavablar: Əsasən reallıqdan uzaq, uydurma məlumatlara əsaslanır., Bəzi şəhər əfsanələri insanlarda qorxu və şübhə yaratmaq məqsədilə ortaya atılmışdır.

Sual 24

Vətəndaşların sosial-müdafiə xidmətlərinə müasir və operativ çıxışını təmin edən layihədir:

Sual 24 Bir cavab seçin:

  1. “Təmiz şəhər”
  2. “DOST iş mərkəzi”
  3. “Məktəblinin dostu”
  4. “Ağıllı kənd”
  5. “ƏDV geri al”

Tapşırıqda soruşulan layihə “DOST iş mərkəzi”dir. Digər bəndlərdə qeyd edilən layihələrin heç biri sosial-müdafiə xidmətlərinə çıxış imkanı əldə etmək məqsədi daşımır.

Doğru cavab: “DOST iş mərkəzi”

Sual 25

Doğru cavabı müəyyən edin.
Şirkətlər – Fəaliyyət sahəsi
1. PayPalonlayn ödəmə sistemi
2. Teslabulud texnologiyaları
3. Nvidiaməlumat bazaları üzrə proqram təminatı
4. Netflixrəqəmsal media təhlili
5. Morgan Stanleyinvestisiya bankçılığı

Sual 25 Bir cavab seçin:

  1. 2, 4
  2. 3, 5
  3. 2, 3
  4. 1, 5
  5. 1, 4

1-ci və 5-ci bəndlərdə verilən uyğunluq doğrudur. Tesla şirkəti əsasən elektromobil, Nvidia qrafik prosessor, Netflix isə ödənişli video yayım xidməti ilə məşğul olan texnologiya şirkətidir.

Doğru cavab: 1, 5

 

Sualların və cavabların hazırlanmasında göstərdiyi dəstəyə görə Tural Kərimova təşəkkürlər.

21.04.2024