Sual 1

Son 5 ildə ölkəmizin həyatında baş verən əhəmiyyətli iqtisadi hadisə:

I. Qəbələ-Bakı su kəmərinin çəkilməsi

II. Əsrin müqaviləsinin uzadılması

III. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi

  1. II və III
  2. I və III
  3. Yalnız II
  4. Yalnız I
  5. Yalnız III

Düzgün cavab: Yalnız II

Sual 2

Azərbaycan mühacirət ədəbiyyatının nümayəndəsi:

  1. Süleyman Rüstəm
  2. Almas İldırım
  3. Mehdi Hüseyn
  4. Əliağa Kürçaylı
  5. Rəsul Rza

Düzgün cavab: Almas İldırım

Sual 3

Azərbaycanın ikinci ən uzun çayı hansı xarici ölkələrin ərazisindən də axır?

  1. Türkiyə, İran, Ermənistan
  2. Türkiyə, Gürcüstan, Ermənistan
  3. Rusiya, Gürcüstan, Ermənistan
  4. Gürcüstan, Rusiya, Türkiyə
  5. İran, Ermənistan, Gürcüstan

Düzgün cavab: Türkiyə, İran, Ermənistan

Sual 4

Doğru cavabı müəyyən edin.

Əsər  –  Müəllif

  1. “Vaqif” - Rüstəm
  2. “Qarlı aşırım” – F. Kərimzadə
  3. “Əsrimizin Səyavuşu” – C. Cabbarlı
  4. “Solğun çiçəklər” – Ə. Haqverdiyev
  5. “Oxutmuram əl çəkin” – S.Ə. Şirvani

Düzgün cavab: “Qarlı aşırım” – F. Kərimzadə

Sual 5

Azərbaycan “Ayrım” brendi adı ilə dünya bazarına çıxarır:

  1. şərab
  2. qızıl külçə
  3. balıq kürüsü
  4. xalça
  5. pambıq-mahlıc

Düzgün cavab: qızıl külçə

Sual 6

Ş.İ. Xətai ilə bağlı doğru cavabı müəyyən edin.

I. Şimali Azərbaycanda doğulmuşdur.

II. Səfəvilər dövlətinə başçılıq etmişdir.

III. Səlcuqlulara qarşı mübarizə aparmışdır.

  1. II və III
  2. Yalnız I
  3. Yalnız III
  4. I və III
  5. Yalnız II

Düzgün cavab: Yalnız II

Sual 7

Azərbaycan poeziyasında yeni tipli satiranın banisi:

  1. Ə. Qəmküsar
  2. S. Ordubadi
  3. Ə. Nəzmi
  4. Ə. Möcüz
  5. Ə. Sabir

Düzgün cavab: M.Ə. Sabir

Sual 8

Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda keçirilmiş islahatlara aiddir:

1.Ölüm cəzasının ləğv edilməsi

2.İcra hakimiyyəti institutunun yaradılması

3.İcbari təhsilin tətbiq olunmağa başlanması

4. Yeni konstitusiyanın qəbul edilməsi

  1. 3, 4
  2. 1, 4
  3. 2, 3
  4. 1, 3
  5. 2, 4

Düzgün cavab: 1, 4

Sual 9

XX əsrin əvvəllərində Azərbaycanın mədəni həyatında baş vermiş yenilik:

  1. “Əkinçi” qəzetinin nəşrə başlaması
  2. İlk rus-Azərbaycan məktəbinin açılması
  3. “Arşın mal alan” filminin çəkilməsi
  4. Milli teatrın əsasının qoyulması
  5. “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması

Düzgün cavab: “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması

Sual 10

Uzun müddət dövlət idarəetməsində də yer almış azərbaycanlı mütəfəkkir, elm xadimi:

  1. Məhəmməd Naxçıvani
  2. Zeynalabdin Şirvani
  3. Bəhmənyar
  4. Nəsrəddin Tusi
  5. Həmdullah Qəzvini

Düzgün cavab: Nəsrəddin Tusi

Sual 11

Mədəniyyət xadimlərinin fəaliyyət sahəsinə uyğun olaraq məntiqi ardıcıllığı müəyyən edin.

1. Xan Şuşinski

2. Rəşid Behbudov

3. ?

  1. Tahir Salahov
  2. Səttar Bəhlulzadə
  3. Mehdi Məmmədov
  4. Adil İsgəndərov
  5. Sara Qədimova

Düzgün cavab: Sara Qədimova

Sual 12

Göstərilənlər aiddir:

-Kazan Universitetində çalışmışdır.

-Peterburq Universitetində şərqşünaslıq fakültəsinin ilk dekanı olmuşdur.

  1. F. Axundova
  2. H.Zərdabiyə
  3. M.Kazımbəyə
  4. A. Bakıxanova
  5. C.Topçubaşova

Düzgün cavab: M. Kazımbəyə

Sual 13

44 günlük Vətən (II Qarabağ) müharibəsinin gedişində baş vermişdir:

  1. Xudafərin kəndinin işğaldan azad edilməsi
  2. Silahlı qüvvələrə yardım fondunun təsis edilməsi
  3. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi
  4. Ağdam şəhərinin işğaldan azad edilməsi
  5. Füzuli rayonunun Arazboyu kəndlərinin işğaldan azad edilməsi

Düzgün cavab: Xudafərin kəndinin işğaldan azad edilməsi

Sual 14

Adı “Qırmızı Kitab”a düşmüş bəbir qorunur:

  1. Qarayazıda, Qazax rayonunda
  2. Göygöldə, Gəncə rayonunda
  3. Qobustanda, Abşeron rayonunda
  4. Ağgöldə, İmişli rayonunda
  5. Hirkanda, Astara rayonunda

Düzgün cavab: Hirkanda, Astara rayonunda

Sual 15

UNESCO-nun Dünya Maddi İrs Siyahısına daxil edilmişdir:

I. Qız qalası

II. Gülüstan qalası

III. Şirvanşahlar saray kompleksi

  1. Yalnız III
  2. Yalnız I
  3. II və III
  4. I və II
  5. I və III

Düzgün cavab: I və III

Sual 16

M.P. Vaqifin yaradıcılığında hansı janrda yazılmış əsərlər üstünlük təşkil edir?

  1. qoşma
  2. rübai
  3. qəsidə
  4. gəraylı
  5. tuyuq

Düzgün cavab: qoşma

Sual 17

Azərbaycanda musiqili komediyanın banisi hesab olunur:

  1. Sabit Rəhman
  2. Üzeyir Hacıbəyov
  3. Nəriman Nərimanov
  4. Müslüm Maqomayev
  5. Cəlil Məmmədquluzadə

Düzgün cavab: Üzeyir Hacıbəyov

Sual 18

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu idi:

  1. prezidentli respublika
  2. mütləq monarxiya
  3. federasiya
  4. parlamentli respublika
  5. parlamentli monarxiya

Düzgün cavab: parlamentli respublika

Sual 19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Forumunda Ermənistan Baş naziri ilə debat zamanı Ermənistanın Qarabağa ərazi iddialarının tarixən əsassız olduğunu sübut edərkən haqqında bəhs etdiyi beynəlxalq hüquqa əsaslanan ilk mötəbər mənbə:

  1. MDB nizamnaməsi
  2. Türkmənçay müqaviləsi
  3. Kürəkçay müqaviləsi
  4. Gülüstan müqaviləsi
  5. SSRİ konstitusiyası

Düzgün cavab: Kürəkçay müqaviləsi

Sual 20

Cənubi Qafqazın ən böyük aqroparkı olan “Şəmkir aqroparkı”nda istehsal olunan məhsulların əsas idxalçısıdır:

  1. Çin
  2. ABŞ
  3. Rusiya
  4. Yaponiya
  5. Fransa

Düzgün cavab: Rusiya

Sual 21

Azərbaycan neftini Qara dənizə qədər daşıyan ilk istifadəyə verilmiş boru kəməri hansıdır?

  1. Bakı-Qars
  2. Bakı-Ceyhan
  3. Bakı-Novorossiysk
  4. Bakı-Supsa
  5. Bakı-Ərzurum

Düzgün cavab: Bakı-Novorossiysk

Sual 22

Tərkibi Çexiyanın məşhur Karlovı Varı mineral bulağının tərkibinə uyğun olan Azərbaycan mineral bulağı və onun yerləşdiyi inzibati rayon:

  1. Sirab, Naxçıvan
  2. İstisu, Lənkəran
  3. İstisu, Kəlbəcər
  4. Turşsu, Şuşa
  5. Qalaaltı, Şabran

Düzgün cavab: İstisu, Kəlbəcər

Sual 23

Şimali və Cənubi Azərbaycanın mənəvi yaxınlaşmasına güclü təsir etmişdir:

  1. “O olmasın, bu olsun” filmi
  2. “Arşın mal alan” filmi
  3. “Heydərbabaya salam” poeması
  4. Urmiyada nəşr olunan “Qızıl əsgər” qəzeti
  5. “Sovet türkologiyası” jurnalı

Düzgün cavab: “Heydərbabaya salam” poeması

10.04.2023