Azərbaycanın əmək bazarı son illərdə müxtəlif dəyişikliklərə şahid olmuşdur. 2023-cü ilin əmək bazarının analizi bu dəyişikliklərin daha dərin təhlilini və bu sahədəki perspektivləri öyrənməyə kömək edəcək.

Tibb sahəsi

Baxmayaraq ki, tibb sahəsinə böyük tələbat var və bölgələrdə həkim qıtlığı var, niyə görəsə həkimlər və təbabət sektoruna aid işlər ( tibb bacısı, stomatoloq və s.) az qoyulur. Klinikalar çox vaxt hazır, təcrübəli işçini götürməyə daha çox üstünlük verir nəinki elan yerləşdirməyə.

İstehsal və texnologiya

Son bir neçə ildə Azərbaycanda teknologiya inkubatorlarının və startap mühitinin inkişafı sürətləndi. Bu, yeni peşəkarlara və IT mütəxəssislərinə tələbə artırmışdır. 2023-cü ildə Machine Learning mühəndislərinə və data analitika mütəxəssislərinə böyük marağ göstərilib.

Neft və qaz sektoru

Neft və qaz sektoru ölkə iqtisadiyyatının əsasını təşkil edir. Bununla yanaşı, bu sahədə də avtomatlaşdırma və yeni texnologiyaların öyrənilməsi ilə müxtəlif peşəkarlıq tələb olunmuşdur.

Marketinq 

Marketinq və reklam işləri təbii ki, ölkədə ən çox axtarılan, ən çox rəqabət olan sahədir. Yerindən duranın SMM menecer, marketinq menecer olduğu bir yerdə təbii ki, vakansiyaların çoxluğu bu sektora aiddir. PR (public relations), media planlaşdırma bir o qədər də populyar deyil, amma rəqəmsal marketinq mütəxəssisi vakansiyaları artmaqdadır.

Turizm və xidmət 

Pandemiya sonrasında 2023-cü ildə turizm öz əvvəlki vəziyyətini bərpa etməyə başlamışdır.. Bununla yanaşı, xidmət sektoru, xüsusilə də onlayn təhsil və konsultasiya xidmətləri böyük inkişaf göstərmişdir.

İstehsal və tikinti

Əmək bazarında tikinti və istehsal sahəsində də möhkəm rəqabət gözlənilir. Ölkənin infrastruktur layihələri və yeni tikinti trendləri memarlara, interyer dizaynerlərə və digər mütəxəssislərə tələbi artırmışdır.

Maaş və iş şəraiti

2023-cü ildə maaşların orta hesabla artımı müşahidə edilir. Bununla yanaşı, pandemiyanın təsiri ilə bir çox şirkətlər frilans iş rejimi və uzaqdan işləmə modelini qəbul edib. Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,1 % artaraq 917 manat təşkil edib. Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 %-i peşə, elmi və texniki fəaliyyət, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,2 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

 

Təcrübənizi və biliyinizi bölüşmək, məqalənizi göndərmək, daha çox insana fayda vermək istəyirsinizsə, [email protected] elektron ünvanına yazın.

16.08.2023