Hostess

İşin təsviri

Ünvan: M. Useynov 51

İşin təsviri:

  • Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
  • Qonaqları qarşılamaq və qəbul etmək.
  • Qonaqları masaya müşayiət etmək və menyunu təqdim etmək.
  • Müştərinin restoranda olduğu ilk anlarda və daha sonra ona diqqətlə yanaşmaq.
  • Müştərilərə xidmətlərin təqdim edilməsi ilə bağlı tövsiyyələr vermək, onları mövcud yemək və içki assortimenti ilə tanış etmək.
  • Zal, bar, vitrinlərin və.s tərtibatına nəzarət etmək.
  • Zalda təmizliyi və səliqəni təmin etmək.
  • Münaqişəli vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək.
  • Müştərilərin qeyri-qənaətbəxş xidmətlə bağlı iradlarını nəzərdən keçirmək və müvafiq təşkilati-texniki tədbirləri həyata keçirmək.
  • Müştərilərə göstərilən xidmətlərdə mövcud çatışmazlıqlar barəsində müdiriyyəti məlumatlandırmaq, onların aradan qaldırılması üçün tədbirlər görmək.
  • Digər işçilər və şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.

Namizədə olan tələblər:

  • Xidmət sahəsində 1 ilə kimi iş təcrübəsinə malik olmaq;
  • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı, gülərüzlü olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Hostess” qeyd edərək CV-lərini elektron ünvanına 16.06.2023-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.