Audit şöbəsinin rəhbəri

İşin təsviri

Öhdəliklər:

  • Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;
  • Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi;
  • Aktivlərin sayımında iştirak və təhlil;
  • Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi;
  • Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda (regionlarda) yoxlamaların aparılması.
  • Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək;
  • Şirkətin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək;
  • Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi;
  • Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək;
  • Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların ) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək;
  • Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək;
  • Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək;
  • Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
  • Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək;
  • MS Office proqramlarını bilməli;
  • 1C, Micro proqramları ilə işləmək bacarığı;
  • Müvafiq sahədə 5-10 il iş təcrübəsi; (Distribusiya sahəsində iş təcrübəsi arzuolunandır)
  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli;
  • Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
  • İş yeri: Koroğlu m., Anbarım (Əli Vəliyev küç.1)

İşəgötürənin reytinqi