Marketinq üzrə kiçik mütəxəssis

İşin təsviri

Namizədə olan tələblər: 

  • Marketinq və ya iqtisadiyyat sahəsində nəzəri biliklər; 
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dillərində yaxşı səviyyədə danışıq;
  • "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması arzuolunandır;
  • MS Word və MS Excel proqramlarında orta səviyyədə işləmə bacarığı;
  • Yüksək səviyyədə kommunikasiya və komanda ilə işləmə bacarığı;
  • Məsuliyyətlilik və punktuallıq;
  • Bölgələrə ezamiyyətlərə hazır olmalı.

Vəzifə öhdəlikləri:  

  • Marketinq kommunikasiyaları istiqaməti üzrə ixtisaslaşır;
  • Sərgilər, yarmarkalar, təqdimat və açılış tədbirləri və s. təşkilində iştirak edir;
  • POP/POS materialların hazırlanmasını təmin edir, mətbəələr və kreativ agentliklərlə işi təşkil edir;
  • Satış nöqtələrinin brendləşməsi üzrə sifarişləri icra edir;
  • Kütləvi informasiya vasitələri ilə işlərin təşkilində iştirak edir

İş şərtlərimiz:

  • Əmək haqqı: 500 – 700 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30. 

Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.