Hesabatlıq üzrə aparıcı mühasib

  • Qala Sigorta
  • Elanın qoyulma tarixi: 12.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri: 

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi;
  • Balans, Mənfəət və Zərər, Pul axını, Kapitalda dəyişikliklər hesabatlarının aylıq, rüblük və illik hazırlanması;
  • Menecment hesabatların hazırlanması;
  • Mühasibat uçotu yazılışlarının proqram təminatında IFRS-ə uyğunlaşdırılması üzrə işlərin aparılması;
  • Mövcud qanunvericiliyə uyğun olaraq maliyyə hesabatlarının rüblük və illik dövr üzrə nəzarət orqanına təqdim edilməsi;
  • Müstəqil auditin keçirilməsinin təmin edilməsi və prosesin nəzarətdə saxlanılması.

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Maliyyə və Menecment hesabatlarının hazırlanması üzrə 2-3 illik iş təcrübəsi;
  • Sərbəst səviyyədə Microsoft Office (xüsusilə Excel), Power BI proqramlarında işləmək, SQL üzrə biliklər üstünlükdür;
  • IFRS üzrə maliyyə hesabatlarının hazırlanması üzrə 1 ildən artıq təcrübə; 
  • IFRS 9, IFRS 16 bilikləri üstünlükdür;
  • Verilən tapşırıqları sərbəst həll etmə bacarığına malik olmalı;
  • Eyni vaxtda bir neçə işə fokuslana bilmək;
  • Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7, F9) olması. 

Əmək şəraitinin şərtləri: 

  • Əmək haqqı: razılaşma yolu ilə
  • İş vaxtı: Bazar ertəsi-Cümə günləri, saat 09:00-18:00
  • İstirahət günləri: Şənbə, Bazar
  • Əmək məzuniyyəti: 30 təqvim günü

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 11 iyun 2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Hesabatlıq üzrə aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.  

İşəgötürənin reytinqi