Brend menecer

İşin təsviri

İşə götürən: “Grand Motors” MMC

Vəzifə: Brend menecer

Əmək haqqı:700-1000 AZN+bonus ( hər satılan texnikaya görə )

Tələblər:

- Satış sahəsində minimum 3 il iş təcrübəsi
- Marketinqin əsasları, Strateji planlamanın əsasları və proqnozlaşmanın prinsipləri və üsulları
- Satışın qaydaları, əsasları və strukturu
- Rəqiblərin tanınması
- Satılan texnikanın texniki göstəriciləri, təyinatı və növləri
- Təmsil etmə qabiliyyəti, Satışın psixologiyası və əsasları, İnsan psixologiyası
- İngilis dili biliyi ( intermediate level )

Vəzifə borcları:

- Təmsil etdiyi brend üzrə texnikanın satışı
- Brendlə bağlı illik planın tərtibi, plan üzrə sifarişin icrası, planın yerinə yetirilməsinin təmini.
- Brendin müştəri hədəfinin müəyyən və əldə edilməsi
- Tabeçiliyində olan əməkdaşlara ayda 2 dəfə təlim verilməsi və onların təkmilləşdirilməsi
- Bazarın araşdırılması ( rəqib şirkətlərin stokları, rəqiblərin təklif etdikləri texnika və qiymətlər, çatdırılma və satış şərtləri)

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  9:00  - 18:00
- Şənbə : 10.00  – 16.00
 
Şirkət tərəfindən əmək haqqı ilə yanaşı hər satılan texnikaya görə bonuslar təklif olunur.Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Brend menecer jobsearch.az” yazmaqla öz CV-lərini

[email protected]

 ünvanına göndərə bilərlər.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.