Mühasib

İşin təsviri

Vəzifə funksiyaları: 

  • İşçilərin aylıq əmək haqqılarını hesablamaq
  • Əmək haqqı hesablamaları ilə əlaqədar mütəmadi olaraq audit yoxlamalarını həyata keçirmək
  • Əmək haqqı üzrə müxabirləşmələri vermək və hesabları yoxlamaq
  • Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatları və son haqq-hesab ödənişlərini hesablamaq və ödənişini həyata keçirmək
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsini icra etmək
  • Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi
  • Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq
  • Sosial sığorta ayırmaları üzrə hesabatı hazırlamaq və təqdim olunmasını həyata keçirmək
  • Bank və kassa əməliyyatlarının aparılması
  • E-Qaimə fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatları icra etmək
  • Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması

Namizədə tələblər: 

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 1-2 illik iş təcrübəsi;
  • MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Milli və Beynəlxalq uçot standartları üzrə biliklər;
  • Vergi Məcəlləsi üzrə biliklər;
  • İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək mail ünvanına yönləndirə bilərlər.