Satınalma üzrə mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yenilənməsi; 
  • Təchizatçılarla münasibətləri inkişaf etdirir, onların istehsal və maliyyə imkanlarını təhlil edir, maddi-texniki resursların satınalması ilə bağlı bilavasitə uzunmüddətli təsərrüfat əlaqələrinin yaradılmasının mümkünlüyünü və məqsədəuyğunluğunu öyrənir;
  • Cari satınalma planının təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımi işlər görür;
  • Müqavilənin bağlanması üçün tələb olunan sənədləri hazırlayır və onlarda düzəlişlər aparır;
  • Sifarişləri yerləşdirmək və çatdırılma müddətlərini və şərtlərini razılaşdırmaq üçün təchizatçılarla danışıqlar aparır;
  • Görülən işlərin təhvil-təslim aktlarını hazırlayır;
  • Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış sifarişini (PO) tərtib etmək; 
  • Bahalı maddi-texniki resursların qiymət və əldəetmə imkanlarına görə daha ucuz və əlverişli olan, eyni zamanda keyfiyyət üzrə tələblərə dəqiq cavab verən resurslarla əvəz olunması barədə təkliflər hazırlayır.

Namizədə tələblər:

  • Ali təhsil;
  • 3 ildən artıq peşəkar iş təcrübəsi;
  • İstehsalat müəssisələrində (zavod, fabrik) iş təcrübəsinə üstünlük verilir;
  • Azərbaycan, rus və ingilis dillərində danışıq və yazışma;
  • Dəqiq, məsuliyyətli və tapşırıqların vaxtlı-vaxtında icrası.

İş şəraiti:

  • İş yeri – Bakı şəhəri
  • İş saatları –09:00-18:00, bir saat nahar fasiləsi
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İstirahət günləri –  Şənbə və bazar
  • Əmək haqqı – namizədin bilik və bacarığına görə təyin edilir.

Maraqlanan şəxslər mövzu yerində “Satınalma üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.