Layihə İnzibatçısı

  • ProSol QSC
  • Elanın qoyulma tarixi: 08.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi Təsvir:

Komandamıza Layihə İnzibatçısı kimi qoşulmaq üçün yüksək motivasiyalı və detallara diqqət edə bilən komanda yoldaşı axtarışındayıq. Layihə İnzibatçısı, təlim proqramlarımızın effektiv və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün Layihə Koordinatoruna inzibati dəstəyin təmin edilməsinə cavabdeh olacaq.

Əsas Öhdəliklər:

  • Layihə Koordinatoruna görüşlərin planlaşdırılması, gündəliklərin hazırlanması və iclas protokollarının aparılması daxil olmaqla, inzibati dəstək göstərilməsi;
  • Təlim materiallarının hazırlanmasına, o cümlədən sənədlərin formalaşdırılması, təqdimatların yaradılması və təlim kitabçalarının yenilənməsinə kömək edilməsi;
  • Təlim tədbirləri üçün qeydiyyat prosesinin idarə edilməsi, o cümlədən qeydiyyatların işlənməsi, davamiyyət vərəqələrinin hazırlanması və davamiyyətin izlənilməsi;
  • Təlim tədbirlərini koordinasiya etmək üçün müvafiq loqistik işlərin o cümlədən məkan seçimi və icarəsi, tədbirlərin təşkili, avadanlıqların idarə edilməsi kimi proseslərə köməklik edilməsi;
  • Layihə planlarının, cədvəllərinin və büdcələrinin hazırlanmasına dəstək verilməsi;
  • Layihənin gedişatına nəzarət edilməsi və rəhbərlik və digər müvafiq tərəflər üçün müntəzəm status hesabatlarının hazırlanması;
  • Bütün layihə sənədlərinin müvafiq tələblərə uyğun olmasının və layihənin gedişatına və vəziyyətinə düzgün və müsbət təsirinin təmin edilməsi;
  • Tələb olunduğu təqdirdə, Layihə Koordinatoruna və təlim mərkəzi komandasının digər üzvlərinə ümumi inzibati dəstək göstərilməsi;

Namizəd üçün tələblər:

  • Biznesin idarə edilməsi və ya İnformasiya Texnologiyaları kimi əlaqəli sahədə Ali təhsil;
  • İnzibati və ya Layihələrin idarəedilməsi sahəsində təcrübə;
  • Güclü təşkilatçılıq bacarığı ilə eyni vaxtda birdən çox işi idarə etmək bacarığı;
  • Yüksək kommunikasiya bacarığı;
  • Microsoft ofis proqramlarında işləmə bacarığı (Word, Excel, PowerPoint, and Outlook).
  • Minimal nəzarətlə müstəqil işləmək bacarığı;
  • Azərbaycan, ingilis və  rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı arzuolunandır. 

Əgər siz kibertəhlükəsizliyə həvəslisinizsə və dinamik, böyüyən təşkilatın bir hissəsi olmaq istəyirsinizsə, sizə bu maraqlı fürsət üçün müraciət etməyi tövsiyə edirik. 

Nəzərə alın ki, müsahibəyə yalnız uyğun namizədlər dəvət olunacaqdır. 

Maraqlanan namizədlərdən mövzu yerində “Layihə İnzibatçısı” qeyd edərək CV-lərini elektron poçt  ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi