Texnoloq (qida sənayesi)

İşin təsviri

İş yeri: Oğuz, Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq
Tabeçilik: Rəhbərlik

İşin təsviri:

  • İstehsalat prosesi zamanı texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
  • İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı əməkdaşlıq etmək;
  • İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasını həyata keçirmək;
  • İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
  • İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin müasirləşdirilməsi və optimallaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi üçün vəzifə səlahiyyətlərindən irəli gələn işləri düzgün və vaxtında həyata keçirmək;
  • Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
  • Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
  • Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
  • İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
  • İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;
  • İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;

Namizədə dair tələblər:

  • Ali texniki təhsil (qida məhsullarının emalı);
  • Sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)