HVAC Mexanik

  • Company
  • Elanın qoyulma tarixi: 02.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Avadanlıqlarının işini təmin etmək, yeni avadanlıqların qəbul edilməsi və quraşdırılmasını icra etmək.
  • Təmir xidmətini icra etmək.
  • Zəruri texniki sənədlərin hazırlanmasını icra etmək.  
  • Bütün avadanlıqların qəzasız və etibarı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini icra etmək.
  • Sınaq və təcrübələrin keçirilməsini icra etmək. 
  • Ən yuxarı iş standartlarına və hədəf tarixlərinə riayət olunmaqla Layihələri idarə etmək və tamamlamaq qabiliyyəti.
  • Mühəndislik avadanlığı, proqramları, qrafikləri, iş prosesi, nəzarət sxemlərinin yaradılması,  nəzarət cihazlarının seçilməsi və cədvəllər.
  • Layihələndirmə başlamazdan öncə dəqiq şərtlərin müəyyən edilməsi .
  • Bütün soyuducu avadanlıqlarının işlək vəziyyətdə saxlanması, təmiri, bütün istilik və ventillyasiya avadanlıqlarında nasazlıqlarının müəyyən edilməsi və ventilyatorların təmiri.
  • Bütün metal ventilyasiya komponentlərinin  təyin edilməsi, bütün istilik və havalandırma sistemlərinin quraşdırılması, bütün ventilyasiya və havalandırma qurğularının təmiri.
  • İstilik və havalandırma sistemləri üçün hasablamaların aparılması və planların tətbiq edilməsi.
  • Bütün istilik və havalandırma sistemlərinin yoxlamadan keçirilməsi, məlumatların toplanması, vaxtaşırı qiymətləndirilmələrin həyata keçirilməsi, gəmi jurnallarının monitorinqi və dəyişiklik proseslərinin idarə olunması və bütün problemlərin həlli.
  • Layihə plan cədvəllərinin hazırlanması və müştərilərə təsdiq üçün göndərilməsi.
  • Müştərinin verdiyi satınalınma şərtlərinə uyğun şəkildə istilik və havalandırılma sistemlərinin dizaynı.
  • Müştərinin tələblərinə uyğun şəkildə istilik həcminin hesablanması, SMACNA, ASHRAE və digər standartlara əsasən istilik həcminə, konsepsiyaya, ventillyasiya sisteminə dair müştərinin kommentariyalarının tətbiqi, SLD-nın hazırlanması üçün köməklik və müştərinin təsdiqi üçün göndərilməsi.
  • Avadanlıq təchizatçılarına qiymət təklifi üçün sorğularının hazırlanması.
  • Yanğın təhlükəsizliyi klapanlarının, ventilyatorlarının quraşdırılması üçün bütün tələb olunan məlumatın verilməsi.
  • Təchizatçıların verdiyi qiymətlər baxılmalı, araşdırılmalı ən yaxşı qiymət və keyfiyyət önə çıxarılmalı.
  • Müştərinin verdiyi son çertyojlarının baxılması.
  • Istehsalat prosesində kollektivə dəstək verilməsi.
  • Quraşdırma və istismar üzrə təlimatların hazırlanması.
  • Hədəfləri aydınlaşdılrmaq və problemləri aradan qaldırmaq üçün müştərinin iclaslarında iştirak.

İş şərtləri:

  • İş qrafiki: yarı iş günü
  • Ofis Caspian Plazada yerləşir
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin olunacaq

Tələblər:

  • Sahə üzrə Ali təhsilin olması üstünlükdür
  • Müvafiq sahədə azı 10 il iş təcrübəsi
  • Microsoft Office (xüsusi ilə Microsoft Excel), AutoCAD proqramlarında işləmək bacarığı

Maraqlanan namizədlər email ünvanına "HVAC Mexanik" başlığı ilə müraciət edə bilər.