Innovation Senior Specialist

  • PASHA Holding
  • Elanın qoyulma tarixi: 28.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Job description:

  • Responsible for leading and managing the company's internal cross-company intrapreneurship innovation program and innovation projects from ideation to delivery and implementation. This includes identifying and selecting innovative ideas, onboarding, coaching, and guiding the participants through the innovation process, and collaborating with cross-functional teams to implement successful innovations.
  • Responsible for the required upgrade and support of the related platform, as well as proper facilitation and execution of it by all the engaged stakeholders.
  • Develop and implement educational programs related to innovation and entrepreneurship, including designing curriculum, selecting participants, and delivering training and support.
  • Develop and maintain a system for evaluating of internal innovation ideas against the innovation needs of the PASHA group of companies, tracking and measuring the impact of innovation initiatives through the identified metrics, and regularly report progress to senior management.
  • Build and support the Innovation community within PASHA group of companies through different channels, including, but not limited to the Telegram channel, newsletter website, etc. Additionally, ensure keeping up-to-date the related information on the website/intranet page and social media posts, collaborate with PASHA Holding corporate communications team to ensure alignment.
  • Build and maintain relationships with internal stakeholders, mainly participants and Innovation Champions and Sponsors from Group companies to ensure alignment and support for intrapreneurship and educational programs.
  • Build and maintain relationships with external partners, including vendors, accelerators and incubators, educational institutions, mentors, investors, and other organizations and innovation ecosystem players to identify and leverage new ideas and technologies.
  • Foster a culture of innovation and creativity within the organization by encouraging experimentation, risk-taking, and knowledge sharing.
  • Work closely with the Head of Innovations to strategically prioritize and manage innovation opportunities. Ensure proper support and supervision of the members of the Internal Innovation Team.
  • Contribute to the overall success of the company’s innovation initiatives through active participation in team meetings and initiatives.
  • Stay up-to-date with the latest trends and developments in innovation, technology, and related fields, and apply this knowledge and insightful strategic recommendations to drive continuous improvement and growth within the PASHA Group.  

Education, Experience and Skills Required:

  • Minimum of 5 years of experience in innovation management, education management, operations, and strategy. 
  • Demonstrated track record of supporting complex projects and building strong relationships with cross-functional team members.
  • Strong international network and connections with innovation ecosystem players, including startups, accelerators, speakers, etc. 
  • Strong project management and collaboration skills, with the ability to lead cross-functional teams and manage multiple projects simultaneously (availability of project management certificates is preferable).
  • Excellent communication and interpersonal skills, with the ability to build relationships and influence stakeholders at all levels of the organization.
  • Strong coaching and mentoring skills, with the ability to guide and support participants through the innovation process.
  • Executive presence and communication skills – able to build executive-level presentations and present to an executive audience.
  • Deep knowledge of innovation methodologies, as well as understanding and interest in the technology market landscape, the innovation landscape, and global innovation ecosystem is a must.
  • Ability to work in a fast-paced environment and manage multiple projects simultaneously.
  • Proven ability to drive change and implement innovative ideas.;
  • Native Azerbaijani, fluent English and Russian, and preferably Turkish languages.
  • Professional presentation skills, Microsoft Office programs, Google Suite apps, project management software, spreadsheets, etc
  • Bachelor’s or master’s degree in business, marketing, MBA, education management or related field is preferred. 
  • Basic accounting skills to track spending, as well as finance understanding to ensure proper alignment with startups and sponsors      

How to apply:

Interested candidates are requested to submit: 

  • CV to e-mail ;
  • Put  “Innovation Senior Specialist” in the subject line;
  • CVs should be sent by the May 31, 2023  .

Attention: Candidatures not eligible for the requirements of this position, not following the above rules or applied after the deadline will not be considered.

 

İşin təsviri:

  • Şirkətdaxili sahibkarlıq və innovasiya proqramı və innovasiya layihələrinin ideyaların formalaşdırılmasından həyata keçirilməsi və tətbiqinə qədər istiqamətləndirilməsi və idarə edilməsinə görə cavabdehdir. Qeyd olunanlara innovativ ideyaların müəyyən edilməsi və seçilməsi, innovasiya prosesində iştirakçıların uyğunlaşdırılması, öyrədilməsi və istiqamətləndirilməsi, uğurlu innovasiyaları tətbiq etmək üçün funksiyalararası komandalarla əməkdaşlıq daxildir.
  • Əlaqədar platformanın lazımi qaydada yenilənməsi və dəstəklənməsinə, eləcə də onun bütün maraqlı tərəflər tərəfindən düzgün təşviqi və icrasının təmin edilməsinə görə cavabdehdir.
  • İnnovasiya və sahibkarlıqla əlaqədar təhsil proqramları işləyib hazırlamaq və həyata keçirmək, o cümlədən tədris proqramı (kurikulum) tərtib etmək, iştirakçıları seçmək, təlimlər keçirmək və dəstək təmin etmək.
  • PAŞA şirkətlər qrupunun innovasiya ehtiyacları ilə əlaqədar daxili innovasiya ideyalarının qiymətləndirilməsi, innovasiya təşəbbüslərinin təsirinin müəyyən edilmiş göstəricilər vasitəsilə izlənilməsi və ölçülməsi üçün sistem işləyib hazırlamaq və təmin etmək, yüksək səviyyəli rəhbərliyə işlərin gedişi barədə mütəmadi olaraq hesabatlar təqdim etmək.
  • PAŞA şirkətlər qrupu daxilində müxtəlif kanallar, o cümlədən, lakin qeyd olunanlarla məhdudlaşmadan, Telegram kanalı, xəbər bülleteni saytı və s. vasitəsilə innovasiya icması formalaşdırmaq və ona dəstək vermək. Bundan əlavə, veb-saytda/daxili korporativ şəbəkə (intranet) səhifəsində və sosial media yazılarında müvafiq məlumatları aktual saxlamaq və uyğunluğu təmin etmək üçün PAŞA Holdinqin korporativ kommunikasiyalar komandası ilə əməkdaşlıq etmək.
  • Şirkətdaxili sahibkarlıq və təhsil proqramlarına uyğunlaşma və dəstəyi təmin etmək üçün daxili maraqlı tərəflərlə, ilk növbədə Qrup şirkətlərindən olan iştirakçılar, İnnovasiyalar üzrə məsul şəxslər və Sponsorlar ilə əlaqələr qurmaq və təmin etmək.
  • Yeni ideya və texnologiyaları üzə çıxartmaq və onlardan istifadə etmək üçün kənar tərəfdaşlarla, o cümlədən tədarükçülər, sürətləndiricilər və inkubatorlar, təhsil müəssisələri, mentorlar, investorlar və digər təşkilatlar və innovasiya ekosisteminin iştirakçıları ilə əlaqələr qurmaq və təmin etmək.
  • Eksperiment aparma, riskli qərarlar qəbuletmə və bilik mübadiləsini təşviq etməklə təşkilat daxilində innovasiya və kreativlik mədəniyyəti formalaşdırmaq.
  • İnnovasiya imkanlarını strateji olaraq prioritetləşdirmək və idarə etmək üçün İnnovasiyalar şöbəsinin rəhbəri ilə sıx əməkdaşlıq etmək. Daxili innovasiya komandasının üzvlərinə lazımi dəstək və nəzarəti təmin etmək.
  • Komanda görüşləri və təşəbbüslərində fəal iştirak etməklə şirkətin innovasiya təşəbbüslərinin ümumi uğuruna töhfə vermək.
  • İnnovasiya, texnologiya və əlaqəli sahələrdə ən son tendensiyalar və dəyişikliklərdən xəbərdar olmaq və həmin bilikləri və mahiyyət üzrə strateji tövsiyələri PAŞA Qrupu daxilində davamlı təkmilləşdirmə və artıma yönəltmək.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • İnnovasiyaların idarə edilməsi, təhsilin idarə edilməsi, əməliyyatlar və strategiya sahəsində minimum 5 il iş təcrübəsi.
  • Mürəkkəb layihələrin dəstəklənməsi və funksiyalararası komanda üzvləri ilə güclü əlaqələrin qurulması sahəsində təsdiq edilmiş təcrübə.
  • Güclü beynəlxalq şəbəkə və innovasiya ekosisteminin iştirakçıları, o cümlədən startaplar, sürətləndiricilər, nümayəndələr və s ilə əlaqələr.
  • Güclü layihə idarəetmə və əməkdaşlıq bacarıqları, funksiyalararası komandalara rəhbərlik etmək və bir neçə layihəni eyni vaxtda idarə etmək bacarığı (layihələrin idarə edilməsi üzrə sertifikatların olmasına üstünlük verilir).
  • Əla ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar, təşkilatın bütün səviyyələrində əlaqələr qurmaq və maraqlı tərəflərə təsir etmək bacarığı.
  • Güclü kouçinq və mentorluq bacarıqları, innovasiya prosesində iştirakçıları istiqamətləndirmək və dəstəkləmək bacarığı.
  • Rəhbər nüfuzu və ünsiyyət bacarıqları – rəhbərlər səviyyəsində təqdimatlar hazırlamaq və rəhbərlərdən ibarət auditoriya qarşısına çıxış etmək bacarığı.
  • İnnovasiya metodologiyaları haqqında dərin biliklər, eləcə də texnologiya bazarı mühiti, innovasiya mühiti və qlobal innovasiya ekosistemi haqqında anlayış və onlara maraq mütləq olmalıdır.
  • Dinamik mühitdə işləmək və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
  • Dəyişikliklərin idarə edilməsi və innovativ ideyaların həyata keçirilməsi ilə əlaqədar sübut edilmiş bacarıq;
  • Doğma dili Azərbaycan dili olanlara, ingilis və rus dillərini, habelə türk dilini səlis bilənlərə üstünlük verilir.
  • Peşəkar təqdimat bacarıqları, Microsoft Office proqramları, Google Suite proqramları, layihə idarəetmə proqramları, elektron cədvəllər və s.
  • Biznes, marketinq, MBA, təhsilin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsinin olmasına üstünlük verilir.
  • Xərclərə nəzarət etmək üçün təməl mühasibatlıq bacarıqları, eləcə də startaplar və sponsorlarla lazımi qaydada qarşılıqlı əlaqəni təmin etmək üçün maliyyə anlayışı.

Müraciət etmə qaydası:

Maraqlanan namizədlərdən aşağıda qeyd olunanları təqdim etmələri xahiş olunur:

  • Tərcümeyi-halı (CV) e-mail ünvanına;
  • Mövzu sətrində “İnnovasiyalar üzrə baş mütəxəssis” qeyd edilməlidir;
  • CV 31 may 2023-cü il tarixinədək göndərilməlidir.

Diqqət: Vəzifənin tələblərinə uyğun olmayan, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və ya son tarixdən sonra müraciət edən namizədlər nəzərə alınmayacaq.

Email: [email protected]  

İşəgötürənin reytinqi