Kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis

  • Company
  • Elanın qoyulma tarixi: 27.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • KİV ilə əlaqələrin qurulması, təbliğat-təşviqat işində iştirak edilməsi; 
  • KİV-də təşkilat haqqında yayımlanan məlumatların monitorinqini aparılması;
  • Press-reliz, tezis, müsahibə, çıxış, məlumat və s. hazırlaması və elektron formada ictimaiyyətə çatdırılmasında iştirak edilməsi;
  • Çap, video və foto materialların seçimində iştirak etmək, arxivləşdirilmənin həyata keçirilməsi;
  • Təşkilatın rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında yayımlanan məlumatların mütəmadi yenilənməsində, informasiyaların maarifləndirici, daha oxunaqlı, maraqlı və lokanik hazırlanmasında iştirak edilməsi;
  • Mətbuat konfransı, brifinq və digər müxtəlif xarakterli tədbirlərin təşkilində, keçirilən tədbirlərə mətbuat orqanlarının cəlb edilməsində iştirak edilməsi; 
  • Görülmüş işlər barədə hesabatların verilməsi.

Vəzifənin tutulması şərtləri:

  • Təhsil: Ali; 
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq;
  • Kompüter bilikləri: MS Windows sistemi, Microsoft Office proqramları, İnternet brauzer proqramları;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, rus və ingilis dilləri - arzuolunandır;
  • Yaradıcı düşüncə qabiliyyəti;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmə bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.

CV-nizi elektron ünvanına göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur. 

Email:  [email protected]