Restoran meneceri

İşin təsviri

Ümumi müddəalar:

  • Restoran meneceri orta ixtisas və ya ali təhsilli olmalı, və birbaşa Baş menecerə tabedir.
  • Restoran meneceri şirkətin direktorunun əmri ilə vəzifəyə təyin olunur və işdən azad edilir.

Vəzifə öhdəlikləri:

  • Restoran işçilərini yoxlayır, təlimatlandırır
  • Restoran işçilərinin iş qrafiklərini idarə edir
  • Restoranın müəyyən olunmuş standartlara uyğun olaraq idarə edilməsində iştirak edir
  • 4. Restoranda təqdim olunan yeməklərin gigiyena və təmizlik standartlarına uyğun olmasına nəzarət edir
  • Sifarişlərin qəbulu və icrasının təşkilinə nəzarət edir
  • Bütün məhsulların müəyyən olunmuş standartlarda və düzgün formada təqdim edilməsinə nəzarət edir
  • İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət edir
  • İnventarın monitorinqini, bütün ərzaq məhsullarının və digər restoran ehtiyaclarının lazımi qədər doldurulmasını təmin etdir
  • Restoranın nağd pul axınının izlənməsi və ödənilməmiş borcların ödənilməsinə nəzarət edir
  • Müştəri xidmətini yaxşılaşdırma yollarını inkişaf etdirmək və həyata keçirmək üçün müştəri sorğularını nəzərdən keçirdir
  • Müştəri şikayətlərinin peşəkar şəkildə həll edilməsini təmin edir
  • Restoranın imicini yaxşılaşdırılması üçün yeni yollar təklif edir
  • Kassa xərclərinə nəzarət edir, səmərəliliyin artırılması üçün müəyyən tədbirlər görür.
  • Əməliyyat hesabatlarını və tələb olunan digər sənədləri hazırlayır müvafiq departamentlərə təqdim edir
  • Restoran avadanlıqlarını təmir və texniki baxış üçün qiymətləndirir və ehtiyac olduğu halda lazımi şöbəyə yönəldir
  • SOP prosedurlarının təşkilini və prossesə riayət edilməsini təmin edir
  • Restoran mətbəxinin işçilərinin xadimə-qabyuyanlarda daxil olmaqla iş keyfiyyətinə nəzarət edir, və onlar üçün qrafiklər təyin edir
  • Günlük və dərin təmizliyi yoxlayır, qrafikə uyğun olaraq bu prossesləri tənzimləyir.
  • Qanunvericiliklə üzərinə düşən digər vəzifə öhdəlikləri AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qayda və tələblərə əsasən səmərəli və faydalı icra olunmasını öz öhdəsinə götürür.

Hüquqlar:

  • Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə Baş menecerə məlumat vermək
  • Vəzifəsinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları Şirkətin işçilərindən tələb etmək
  • Rəhbərlik tərəfindən zəruri tövsiyələr almaq
  • Bu Vəzifə Təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək
  • Şirkətin vəzifəsi çərçivəsində restorana aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək

Məsuliyyət:

  • Restoran menecerinin üzərinə bu Vəzifə Təlimatı ilə qoyulmuş vəzifələrin  vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə Şirkət qarşısında məsuliyyət daşıyır.
  • Restoran menecerinin təqsiri üzündən Şirkətə vurulmuş maddi və mənəvi zərər, qanunvericiliyin və Şirkətin normativ sənədlərinin müəyyən etdiyi qaydada, onun tərəfindən ödənilir.
  • Bu Vəzifə təlimatı qüvvəyə mindiyi tarixdən onun predmetinə aid olan əvvəlki normativ-hüquqi sənədlər qüvvəsini itirmiş hesab edilir.

 

Email: [email protected]