Smetaçı-Mühəndis

  • Nardaran İnvest
  • Elanın qoyulma tarixi: 25.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Maliyyə-smeta sənədlərini hazırlayır;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
  • Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə  aktlar hazırlayır;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib edir;

Namizədə tələblər:

  • Texniki sahədə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office,  AutoCAD bilikləri;
  • Rus dili biliyi önəmlidir.

İş yeri:

  • Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:

Əmək haqqı: 2000-2500 AZN

Email: [email protected]