Xərclər üzrə mühasib

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 25.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə haqqında məlumat:

  • Struktur bölmə: Maliyyə departamenti
  • Vəzifə: Xərclər üzrə mühasib
  • İş rejimi: 5 gün, 09:00-18:00
  • İş yeri: Kaspian Plaza
  • Son müraciət tarixi: 20.05.2023

Vəzifə öhdəlikləri:

  • Təchizatçılar üzrə məlumat bazasının aparılması
  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturaların (invoysların) daxili siyasət və prosedurların tələblərinə uyğun emal etmək
  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalara (invoyslara) aid olan ilkin təsdiqedici sənədlərin olub-olmamasını yoxlamaq: malların/xidmətlərin imzalanmış və təsdiqlənmiş Təhvil-Təslim Aktları, elektron qaimə-fakturalar, YGB-ləri, mallarla bağlı nəqliyyat və sığorta sənədləri və s.
  • Şirkətə təchizatçılardan daxil olan hesab-fakturalara (invoyslara) aid olan bütün sənədlərin aidiyyatı şəxslər tərəfindən imzalanmasını yoxlamaq, Təchizatçılarla imzalanacaq müqavilələrin daxili siyasət və prosedurların tələblərinə uyğun hazırlanmasını yoxlamaq və təsdiqləmək
  • Kreditor borc üzə tələb olunan bütün hesabatları zamanında hazırlamaq və baş mühasibə təqdim etmək
  • Malsatan və podratçılardan daxil olan mal-alış sənədlərinin sistemə işlənməsi
  • Alınmış qısamüddətli borcların mühasibat uçotu hesablarında düzgün əks etdirir;"
  • Malsatan və podratçılardan alınmış avansları müəyyən etmək və onlara mal və ya xidmətlərin təqdim olunması üçün tədbirlərin vaxtında görülməsi üçün rəhbərliyə məlumat vermək;
  • Dövriyyə qalıq cədvəlinin kreditor qalıqlarının yoxlanılması və tələb olunan halda düzəlişlərin verilməsi
  • Dövriyyə qalıq cədvəlinin kreditor qalıqları üzrə aylıq balans izahlarının hazırlanması"

Vəzifə tələbləri:

  • Təhsili/ixtisası: Mühasibat uçotu üzrə Ali təhsil
  • Yaş: 20-25 
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 6 ay
  • Sertifikat/vəsiqə/lisenziya: ACCA F3 sertifikatı üstünlükdür
  • Xüsusi tələblər:  Vergi məcəlləsi üzrə biliklər
  • Kompüter bilikləri: Excel orta səviyyəsə,  1 C orta səviyyədə

Digər məlumatlar:

  • Ünvan: Caspian Plaza, C.Cabbarlı 44, Bakı, AZ1065

Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini e-mail ünvanına göndərməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi