İşin təsviri
                
                
                                
                Tələblər:
	- Ali iqtisadi təhsil
 
	- Qiymətlərə nəzarət sahəsində 1-2 ildən az olmayan iş stajı
 
	- Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s), Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər
 
	- Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, özünü tənqidetmə və müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı
 
Vəzifə öhdəlikləri:
	- Şirkətin anbarları arasında mal hərəkətinə 1C-proqramı üzrə nəzarət edilməsi  və əməliyyatların düzgünlüyünün yoxlanılması
 
	- 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət edilməsi və alış qiymətindən aşağı satışın qarşısının alınması
 
	- Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
 
	- Alıcılar və satıcılarla münasibətlərdə risklər üzrə informasiyalar haqqında hesabatların hazırlanması
 
	- Apteklərin yerlərdə audit yoxlamanmasının təşkili, Zeytun Pharmaceuticals MMC-nin tələblərinə uyğun olub olmamasının yoxlanılması
 
	- Zeytun Pharmaceuticals MMC tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması
 
	- Zeytun Pharmaceuticals MMC tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi
 
	- Zeytun Pharmaceuticals MMC və aptek arasında olan borcların müqayisəsinin aparılması
 
	- Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması
 
	- Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili
 
	- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə verilən şifahi, yazılı göstərişlərin və mövcud Şirkətdaxili qaydaların icrası 
 
	- Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi
 
İş şəraiti:
	- İş yeri: BEGOC Biznes Mərkəzi
 
	- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
 
	- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
 
	- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ;
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur.
Email:  [email protected]