Maliyyə Meneceri

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə); Magistr təhsili arzuolunandır;
  • Aidiyyatı sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Mühasibatlıq və vergi uçotu üzrə biliklər;
  • Yerli və beynəlxalq muhasibatlıq idarəetmə standardları üzrə biliklər (ACCA sertifikatları üstünlükdür);
  • Proqram təminatının tətbiqi və istifadəsi üzrə praktiki bacarıqlar;
  • Biznes prosseslərinin optimallaşdırılması təcrubəsi;
  • İdarəetmə bacarığı;
  • Problemləri proaktiv şəkildə həll etmə bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • Rus və İngilis dillərini orta səviyyədə bilməli.

Əsas öhdəliklər:

  • Müəssisənin gündəlik maliyyə əməliyyatlarına nəzarət etmək;
  • Vergi hesabatlarının hazırlanmasına və təqdim edilməsinə nəzarət etmək;
  • Vergi və digər dövlət orqanları ilə münasibatlərdə birbaşa iştirak və dövlət təyinatlı qurumlarla qarşılıqlı borclanmalara nəzarət edilməsi və ödəmə planlamasının maliyyə direktoruna təqdim edilmək;
  • Əməliyyatların muhasibatlıq standardlarına uyğun olaraq aparılmasını təmin etmək;
  • Müəssisənin maliyyə idarəetməsinin effektivliyini təmin etmək;
  • Muhasibatlıq komandasının effektiv iş bölgüsünü və operativliyini təmin etmək;
  • Məlumatların maliyyə idarəetmə sisteminə vaxtında və düzgün daxil edilməsini təmin etmək;
  • Biznes proseslərinin optimallaşdırılmasında birbaşa iştirak etmək;
  • Proqram təminatının təkmilləşdirilməsinə rəhbərlik etmək;
  • Dövrü maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Maliyyə vəsaitlərinin effektiv idarə edilməsinə dəstək olmaq;
  • Komandanın bilik və bacarıqlarının artırılmasını təmin etmək.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
  • İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Meneceri” yazaraq 10.05.2023-cü il tarixinədək göndərilməsi xahiş olunur. 

Email: [email protected] 

İşəgötürənin reytinqi