İşin təsviri
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən müəyyən olunan ərazidə Şirkətin korparativ xidmətinin tanıdılması və xidmət satışının təşkili.
- Online mağazada korporativ satış reallaşdıra bilmələri üçün müxtəlif vendorlar (satış müəssisələri və ya şəxsləri) tapıb, onlarla görüşlər keçirtmək, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında onları əməkdaşlığa cəlb etmək;
- Potensial müştərilərə Şirkətimizin xidməti haqqında təqdimat keçirmək
- Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, satış və təyin edilmiş hədəflərə çatmaq
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
- Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
- Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərliy verilməsi:
Namizəd üçün tələblər:
- Azərbaycan və Rus dilllərini yüksək səviyyədə bilmək
- Effektiv satış prinsiplərini bilmək (B 2 C elektron ticaret )
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı
- Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olması
- Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi
- Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olması
- Marketinq kommunikasiyaları, digital və reklam sahəsində geniş dünyagörüşü
- Rəqəmsal Marketinq, sosial media və ümumi media sahəsində məlumatlı olmalıdır
- Sürücülük vəsiqəsi(arzuolunan) və qadın olan namizədlərə üstünlük verilir.
İş qrafiki: 6 günlük iş rejimi.( Saat qrafiki sərbəst amma gündəlik hesabat müştərilərlə görüşdən formalaşan müştəri bazası haqqında)
Əmək haqqı: Müsahibə zamanı müəyyən edilir. Maaş + bonus
Vakansiyaya müraciət üçün şəkilli CV-nizi “Korporativ satış təmsilçisi ” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Email: [email protected]