Baş mühasib

  • Veliev MMC
  • Elanın qoyulma tarixi: 11.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəlikləri:

  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlarının aparılması;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsi və ona nəzarət;
  • Operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsinin təmini;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkili;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtibi.

Bilik və bacarıqlar:

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə istehsalatda 3 ildən çox iş təcrübəsi;
  • Müvafiq qanunvericilik, akt və normalarını bilmək;
  • Mükəmməl səviyyədə Excell və LOGO prqramı bilikləri;
  • Komandanı effektiv idarə etmək, risk götürmək və yenilik etmək, problemlərin həlli və qərarların qəbulu;
  • İstehsalat sahəsində iş təcrübəsi olanlara və Sumqayıt şəhərinə yaxın ərazidə yaşayanlara üstünlük veriləcək;

Əmək şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • Əmək haqqı: 2000 + AZN 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Baş mühasib" qeyd edərək elektron ünvanına göndərə bilərlər.  

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.