Problemli Kreditlərin İdarə edilməsi Departamentinin Müdiri

  • Company
  • Elanın qoyulma tarixi: 11.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 3000 AZN + bonus
İş saatları (iş rejimi): həftə içi 5 gün, 09:00-18:00
Son müraciət tarixi: 11.05.2023

Əsas vəzifə öhdəlikləri:

  • Departamentin fəaliyyətinin təşkili və ona rəhbərlik edilməsi;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması, onların fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına riayət etmələrinə nəzarət edilməsi;
  • Departamentə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin imzalanması, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edilməsi;
  • Departamentnin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi üçün Cəmiyyətin direktoruna təqdimatlar verilməsi;
  • Departamentə daxil olan icra xarakterli sənədlərə, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasının təşkil ediıməsi;
  • Departamentin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görülməsi və bu barədə Cəmiyyətin direktoruna təkliflər verilməsi;
  • Səlahiyyətləri daxilində məhkəmə və icra orqanlarına göndərilən təklif  və ərizələri, hüquqi və fiziki şəxslərə göndərilən məktubların imzalanması;
  • Portfelin səmərəli idarəolunması istiqamətində təkliflər verilməsi;
  • Tabeliyində olan şöbələrin intizamının yoxlanılması ilə bağlı planlar hazırlnması;
  • Departamentin problemli kreditlərlə məhkəməyəqədər və icra mərhələsində işin aparılmasına, eləcə də məhkəmə mərhələsində problemli kreditlərin ödənilməsi istiqamətində işlərin davam etdirilməsinə nəzarət edilməsi;
  • Problemli kreditlər portfelinin mütəmadi analizinin aparılması, departamentin gördüyü işlərə dair tələb olunan hesabatların tərtib edilib rəhbərliyə təqdim edilməsi.
  • Departamentin təmsil edilməsi;
  • Öz səlahiyyətləri daxilində digər məsələlərin həll edilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə 3 il, rəhbər vəzifədə ən azı 5-7 il iş təcrübəsi tələb olunur;
  • Təhsili/ixtisası: Ali hüquq təhsili mütləqdir; əlavə olaraq Biznesin idarə edilməsi sahəsində təhsil üstünlükdür
  • Texniki bilikləri: AR qanunvericiliyi, Sığorta qanunvericiliyi, Bank sistemi haqqında qanunvericilik
  • Dil bilikləri: Azərbaycan, rus dillərini yüksək səviyədə, ingilis dili arzuolunandır.
  • Kompüter bilikləri: MS Office.
  • Bank sektorunda, problemli kreditlər, vaxtı keçmiş borclar ilə iş sahəsində təcrübə mütləqdir.

Fərdi keyfiyyət tələbləri:

  • liderlik və idarəetmə;
  • nəticəyə əsaslanma;
  • komanda işi və əməkdaşlıq;
  • inam yaratma;
  • araşdırma;
  • strateji düşünmə;
  • ruhlandırma;
  • təsir göstərmə;
  • nəticəyə istiqamətləndirmə.

Vakansiya üçün müraciət qaydası: CV-lər PKİD-nin müdiri mövzusu ilə elektron ünvanına göndərilməlidir.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email:  [email protected]