Mühasib

İşin təsviri

REFERANS NO:    0002

VƏZİFƏ:      Mühasib

Biz  “Borusan Makina ve Güç Sistemleri Güç Sistemleri Azərbaycan Nümayəndəliyi” olaraq Muhasib axtarırıq

Şirkətin Təsviri:

Borusan Makina ve Güç Sistemleri (Borusan Makina)  1997 ci ildən Azərbaycanda “Olimpiyaçı”generator dəstələri və Caterpillar ticarət nişanı altında satış və xidmət göstərən Borusan Holding şirkətidir .Borusan Makina Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Türkiyədə Caterpillar səlahiyyətli yeganə diler olsa da, eləcə də bazar payı və müştəri məmmunluğunun inkişaf da nəzərdə tutulur

Vəzifə təsviri:

• Vergi hesab-fakturalarının, qaimələrin, bank sənədlərinin və digər sənədlərin hazırlanması
• Əmək haqqı,məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesablamaların aparılması
• Ayli, rüblük, illik statistik hesabatların aparılması
• Vergi və digər hesabatların tərtibatı
• ƏDV depozit hesablamalarının aparılması,aylıq əvəzləşdirəcək vergi hesab fakturalarının və yük gömrük bəyannamələrinin siyahısının hazırlanmasl
• Bank işləri
• Yük gömrük bəyannamələri ilə bağlı işlərin görülməsi
• Əsas vəsaitlərin sistemə daxil edilməsi, vaxtaşırı sayılması və.s
• Müştərilərin borclarının vaxtaşırı kontrol edilməsi
• Müştərilər və təchizatlara qarşılıqlı üzləşmə aktlarının hazırlanması
• Şirkətdaxili digər hesabatların hazırlanması
• Vergi auditi və özəl audit yoxlamalarında iştirak
• Müdriyyət tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Namizədə Tələblər:

•  2-5 il bu sahədə iş təcrübəsi
• Azərbaycan,rus və ingilis dillərində bilməsi
• Microsoft Office (xüsusən də Mc Excel) proqramlarında yaxşı işləyə bilmə bacarığı
• SAP, 1C, Günəş Sistemi proqramlarından birində yaxşı işləyə bilmə bacarığı
• Azərbaycan Respublikası Vergi Məcəlləsi və Əmək Məcəlləsini bilməsi
• Komandada işləmə bacarığı
• Məsuliyyətli, dəqiq, çalışqan olması

İş Mühiti :

• Həftədə 5 gün iş qrafiki (9:00-18:00)
• Şirkət tərəfindən nahar
• Şirkətə gəliş-gediş üçün özəl avtobus

Borusan Makina ve Güç Sistemleri Human Resources

[email protected]