İşin təsviri
Namizədə Tələblər:
- Ali təhsil;
- Minimum 3 il təchizat üzrə iş təcrübəsi;
- MS office proqramlarını yüksək səviyyədə bilməli;
- Satınalma prosesləri üzrə biliklər;
- Azərbaycan dili, Rus dili, İngilis dili (üstünlükdür);
- Stressə davamlı;
- Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
- Vaxtı düzgün idarə etmək;
- Komanda ilə işləmə bacarığı.
Vəzifə üzrə öhdəliklər:
- ST daxil olarkən onun müvafiq formada olduğunu, tam şəkildə doldurulduğunu, səhvlərin olmamasını yoxlayır;
- Satınalma ilə əlaqədar müvafiq sənədləri hazırlayır və onları təsdiq üçün təqdim edir;
- Tələb olunan malların/xidmətlərin/işlərin müəyyənləşdirilmiş təminatçılardan satınalınmasını təmin edir;
- Mallar anbara və yaxud TG-ə çatdırılana qədər nəzarətdə saxlayır;
- Müsabiqəli seçimdə iştirak etmələri məqsədilə potensial təminatçılara mallar/xidmətlər/işlər üçün Təklif Sorğularını hazırlayaraq göndərir;
- Bütün satınalma prosesləri Şirkətin Satınalma Prosedurlarına (təlimatlarına) uyğun aparır;
- TŞ-nin fəaliyyəti ilə bağlı hesabatları hazırlayır;
- Təminatçılardan SS-nin/müqavilənin bağlanması üçün müvafiq sənədlərin alınmasını təşkil edir;
- Rəhbərlik tərəfindən tapşırılmış digər işlərin icrasını yerinə yetirir.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
- Əlavə: Mobil telefon və korporativ nömrə
Vakansiyaya müraciət üçün CV-ləri “Təchizat üzrə kiçik mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Email: [email protected]