Korporativ seqment üzrə satış sektorunun müdiri

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 05.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sektor müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında  “Aztelekom” MMC-də  “Satış və Xidmət” prosesini və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir; 
  • Korporativ segment üzrə satış sekrorunun iş prosesini təşkil edir; 
  • “Aztelekom” MMC tərəfindən  korporativ müştərilərə xidmət/məhsulların satışını həyata keçirir və bununla gəlirləri artırır;
  • Yeni korporativ müştəriləri cəlb edilməsini, mövcud müştərilərdən gələn gəlirlərin artırılmasını aylıq, kvartallıq və illik hədəflərə uyğun olaraq təmin edir, məhsulların xüsusiyyətləri barədə ətraflı məlumat verir və və seçimdə dəstək göstərir;
  • Xidmət/məhsullarla bağlı təbliğat işlərini aparır;
  • Qoyulan hədəflərə çatmaq üçün səlahiyyət çərçivəsində addımlar atır;
  • Sektorun rüblük, yarımillik və illik işini təhlil edir, fəaliyyəti barədə  birbaşa rəhbərinə  hesabat verir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir;
  • Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
  • Sektor müdirinin tabeçiliyində olan işçilərə rəhbərlik edir, onların arasında iş yükünü səmərəli paylaşdırır;
  • Tabeçiliyində olan işçilərin fəaliyyətini bir başa rəhbərin nəzarəti altında qiymətləndirir və zəruri hallarda Kadrların İnkişafı və Qiymətləndirməsi Şöbəsi ilə birgə onlar üçün Fərdi İnkişaf Planı hazırlayır;
  • Tabeçiliyində olan “İşçiləri” tərəfindən öz vəzifə öhdəlikləri və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
  • Departamentin digər struktur  bölmələri ilə  birgə fəaliyyət göstərir;
  • Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;

Kvalifikasiya üzrə tələblər:

  • Ali Təhsilli; 
  • Korporativ Satış sahasində minimum 3 il təcrübəsi olmalıdır;
  • İT/ Telekom sahəsində təcrübə arzuolunandı;
  • Rəhbərlik üzrə minimum 1 il əmək stajına malik olmalıdır;
  • Müasir Telekommunikasiya trendlərini bilməlidir; 
  • Azərbaycan,  Rus və İngilis dillərini mükəmməl bilməlidır;
  • Kreativ və yeni texnologiyalara dair qabaqcıl satış təcrübələrinin tədqiqat aparılması bacarığına malik olmalıdır;
  • Biznes və maliyyə üzrə anlayışı olmalıdır;
  • Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
  • Öz sahəsi  üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
  • Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalıdır;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
  • Kompyuter bilikləri: MS Office programlarını mükəmməl bilməlidir;
  • Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin  əsaslarını bilməlidir.

Bacarıqlar:

  • İdarəetmə;
  • İşgüzar yazışma;
  • Qərarvermə;
  • Analitik düşüncə;
  • Mükəmməl ünsiyyət;
  • Təşəbbüskar və yaradıcı olması;
  • Liderlik;
  • Stresə davamlı;
  • Təşkilatçılıq və təqdimat bacarıqlarına malik olmalı;

İş şəraiti:

  • Həftədə 5 iş günü, 2 gün istirahət;  
  • İş saatları 09.00-18.00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “Korporativ seqment üzrə satış sektorunun müdiri” vakansiya adını qeyd etməkləelektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi 12.04.2023.

Email: [email protected]

İşəgötürənin reytinqi