İşin təsviri
Tələblər:
- Vergi və mühasibatlıq sahəsində 1 il və ya daha artıq təcrübəsi olmalıdır. Kurs bitirmiş və ya sertifikat əldə etmiş namizədlər qəbul olunmayacaq.
- Universiteti audit, mühasibat uçotu, maliyyə, iqtisadiyyat və bu kimi bölmələr üzrə bitirmiş olmalıdır.
- Müəyyən səviyyədə mühasibatlıq və vergi məcəlləsi biliyi olmalıdır.
- Konsaltinq sahəsində uzunmüddətli çalışmaq istəyi olan namizədlərə üstünlük verilir.
- Gender balansını qorumaq adına yalnız bəy namizədlərin CV-sinə baxılacaq.
- İlk 3 ay sınaq müddəti olaraq qəbul ediləcək.
Maaş net 550-600 manat olacaq. İşə qəbul edildikdən sonra işçinin performasına əsasən artırılacaq.
Ofis İnşaatçılar metrosunun yaxınlığında yerləşir.
Çalışma saatları həftə içi 5 gün olmaqla 09:00-18:00 olaraq müəyyənləşdirilib.
Vakansiya ilə maraqlanan namizədlərdən müvafiq email adresinə CV-lərini təqdim etməkləri xahiş olunur.
Email: [email protected]