Növbə rəisi (Mexaniki təmir sahəsi üzrə)

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 31.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Mexaniki təmir sahəsi üzrə iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
  • Hasilatın fasiləsiz və keyfiyyətli davam etməsi üçün avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına və daim nəzarət etmək;
  • Avadanlıqların təmir qrafiklərinin tutulması, vaxtında və keyfiyyətlə təmir işlərinin aparılmasını, yeni gəlmiş avadanlıqların quraşdırılmasını təmin etmək;
  • Hasilat sahəsini daim monitorinq etmək, aşkarlanan nasazlıqlar, onların həlli və lazım gəldikdə profilaktik tədbirlər barədə rəhbərliyə məlumat vermək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək, hasilatın texniki hazırlığını təmin etmək;
  • Köhnəlmiş avadanlıqlar və obyektləri müəyyən edib onların təmirini növbələşdirmək;
  • Bölmədə təhlükəsizlik, ətraf mühit, texniki qulluq və keyfiyyət göstəricilərinə riayət edilməsinə nəzarət etmək;
  • Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Müvafiq qanunvericilik aktları və normalarını;
  • Hasilat norma və qaydalarını;
  • Sahənin qüvvədə olan standart və texniki şərtlərini;
  • Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını(YTQ);
  • Sahədə işləyən avadanlıqların və mexanizimlərin iş prinsiplərini və yarana biləcək nasazlıqların aradan qaldırılması üsullarını;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Avtomatika,cihazqayırma,maşınqayırma sahəsi üzrə ən azı 3 il iş təcrübəsi olmalı.

 

https://careers.azergold.az/vakansiya/novbe-reisi-metallurgiya-sahesi-uzre-cil-zavodu

İşəgötürənin reytinqi