İsitmə,ventilasiya və havanın kondisionerləşdirməsi üzrə mühəndis

İşin təsviri

Namizədə tələblər:

  • Mühəndis ixtisası üzrə ali təhsil (kondisionerləşdirmə, havalandırma, isitmə və kommunikasiya sistemləri üzrə ali təhsil arzu olunandır);
  • İKT və tikinti sahəsində 3-5 il  iş təcrübəsi;
  • Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq;
  • Excel, Word, PowerPoint və AutoCad bilikləri;
  • BİM layihələrində iştirak arzuolunandır;
  • Dil bilikləri : Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri:

  • Layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
  • Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə İVK layihələrinin hazırlanması;
  • Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
  • Son modelləşdirmə proqramlarından istifadə edərək, İVK sistemlərinin kompyuterdə modelləşdirilməsi arzuolunandır;
  • Boru kəmərlərinin, kanalların və idarəetmə panellərinin yerləşdirilməsinin planlaşdırılması, İVK komponentlərinin quraşdırılması;
  • Sistemlərin səmərəli və təhlükəsiz işləməsini təmin etmək üçün keyfiyyət yoxlamalarının aparılması;
  • Obyektlərə nəzarət və obyektlərdə görülən işlərin gündəlik hesabatları;
  • İşlərin yüksək SƏTƏMM tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.

İş barədə məlumat:

  • İş qrafiki : 09:00-18:00, həftə içi 5 gün;
  • Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.
  • İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  

Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə e-mail ünvanına göndərsinlər.

Email: