İnşaat mühəndisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib etmək;
  • Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirmək;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
  • Obyektin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak etmək, obyektin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqları icra etmək;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişiklikləri etmək;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planını hazırlamaq, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq və illik hesabatları tərtib etmək.
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; Smeta hazırlanması 
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Tikinti proqramlarını və təqvim qrafikinin tərtib edilməsi;
  • Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
  • Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.);
  • Tikintidə dəmir və qəlib işlərinin kontrol edilməsi və təhvil alınması.
  • Nəzərdə tutlan inşaat quraşdırma və təmir işləri ilə bağlı səmərəli təkliflərin irəli sürülməsi;
  • İşin texniki və iqtisadi tərəfdən əsaslandırılması;
  • Analitik düşünmə qabiliyyətinə malik olmalı, səliqəli ,diqqətli ,rəqəmlərlə sərbəst işləmək bacarığına malik omalı;
  • Tikinti və quraşdırma işlərinin keyfiyyətinə nəzarətin  həyata keçirilməsi;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İnşaat, memarlıq);
  • İnşaat sahəsi üzrə 10 il iş təcrübəsi, Smeta mühəndisi kimi əlavə təcrübəsi olmaq üstünlükdür. 
  • Yaş həddi: 35 yaş və yüksək;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili üstünlükdür.
  • AutoCAD proqramını bilmək arzuolunandır;
  • MS Office proqramlarından yaxşı istifadə bacarığı;

Peşəkar tələblər:

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.
  • Komandada işləmə bacarığı, təşkilatçılıq, çeviklik və məsuliyyətlilik bacarığı olmalıdır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 aprel 2023-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnşaat mühəndisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]