Mühasib köməkçisi

  • C.Q PARTNERS MMC
  • Elanın qoyulma tarixi: 30.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir.
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil edir
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması
  • Mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Daxili hesabatların hazırlanması və təqdim olunması
  • Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar
  • ƏDV ilə işləmə bacarığı
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  • Əmək haqqı: 400-500 manat

Tələb olunan:

  • Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
  • Analoji sahə üzrə 3 ay və ya daha çox iş təcrübəsi
  • Yaş həddi: 20 - 35 yaş
  • Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
  • Vergi məcəlləsini bilməli
  • Məsuliyyətli və işində dəqiq
  • Komandada işləmək bacarığı

 

Email: [email protected] 

C.Q PARTNERS MMC tərəfindən digər vakansiyalar