Qaraj rəisi

  • C.Q PARTNERS MMC
  • Elanın qoyulma tarixi: 08.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yük maşınları (Howo) və yeni növ ağır tonnajlı tikinti texnikalarının (kon) fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin etmək
  • Yük maşınları və ağır tonnajlı tikinti texnikalarının saz vəziyyətdə olmasını, onlarn cədvələ uyğun xəttə çıxmasını və işin sonunda xətdən qayıdarkən qəbul zamanı onların nasazlığının müəyyən edilməsini təmin etmək;
  • Xətlərdə avtomobillərin və qoşquların vəziyyətinə texniki nəzarəti həyata keçirmək, təmir zamanı nasazlığın səbəblərini müəyyənləşdirmək və onların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Hərəkətdə olan nəqliyyat vasitələrinə xidmətin göstərilməsinin və təmirin aparılması cədvəlini işləyib hazırlamaq və bu işlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
  • Xətlərdə avtomobillərə texniki yardımın göstərilməsini təşkil etmək;
  • Sürücülərin avtomobillərin texniki istismar qaydalarına riayət etmələrinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının yerinə yetirilməsinə nəzarət etmək;
  • Xəttə çıxmazdan əvvəl sürücülərə göstəriş və təlimat vermək;
  • Yeni ehtiyat hissələrinin qəbulunda və aqreqatların, şinlərin, avtomobillərin təmirə verilməsində iştirak etmək, zədə almış avtomobillərin təmir olunması üçün sənədləri rəsmiləşdirmək;
  • Yük avtomobillərinin hərəkət hissələrinin ayrı-ayrı detallarının, qovşaqlarının vaxtından tez sıradan çıxmalarının səbəblərini müəyyən etmək üçün onların istismar şəraitini öyrənmək, hərəkət hissələrinin texniki vəziyyəti ilə əlaqədar boşdayanmalarının səbəbini və müddətini təhlil etmək, onların istismar müddətlərinin artırılması və texniki nasazlığının aradan qaldırılması üçün tədbirləri həyata keçirmək;
  • İşlənən materialların sərf normalarına uyğunluğuna nəzarət etmək;
  • Hərəkətdə olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması məsələləri ilə bağlı rəhbərliyə təkliflər vermək və qəbul olunmuş qərarların icra olunmasını təmin etmək.

Namizədə olan tələblər:

  • Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
  • Nəqliyyat üzrə ali təhsil arzuolunandır.
  • Yaş həddi 25 – 55 aralığında 
  • Vəzifəyə aid prosedurların yazılması;
  • Prosedurlar üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi;
  • Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirmək.

İş şəraiti:

  • 6 günlük iş norması 
  • Yemək ilə təmin olunma (növbələrdən asılı olaraq );
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

C.Q PARTNERS MMC tərəfindən digər vakansiyalar