B2B Satış üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təyin edilmiş plana əsasən satış funksiyasının yerinə yetirilməsi
  • Müştəri barədə informasiyaların (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplanması və müştəri bazasına qeyd edilməsi
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin həyata keçirilməsi və təqdimatların təşkili
  • Müştərilər üçün koordinator rolunun icra edilməsi, ortaya çıxan problemlərin həll edilməsi
  • Təkliflərin hazırlanması, izlənməsi və müştəri ilə razılaşdırılması
  • Satışın artırılması ilə bağlı təkliflərin verilməsi
  • Gördüyü işlər barədə hesabatların hazırlanması

Tələblər:

  • Satış, marketinq və digər əlaqəli sahələr üzrə ali təhsilli
  • Korporativ satış üzrə minimum 3 il iş təcrübəsi olmalı, qida sahəsində təcrübəsinin olması üstünlükdür
  • Azərbaycan və rus dillərini səlis bilməli, ingilis dilini bilməsi üstünlükdür
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • Biznes danışıqları aparmaq və təqdimat bacarığı
  • Müştəriyönümlü xarakterə sahib olma və satış edə bilmə qabiliyyəti
  • Mükəmməl kommunikasiya qabiliyyəti olmalı
  • Şəxsi avtomobilin olması üstünlükdür

Əmək şəraitinin şərtləri:

  • İş qrafiki 6 günlük, həftənin 5 günü 10:00-18:00 , şənbə günü 10:00-14:00
  • Korporativ nömrə və nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı bazar rəqabətlidir və müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq (Stabil əmək haqqı və satışdan əldə edilən faizlər)

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsinə (subject) Satış üzrə mütəxəssis qeyd edərək göndərməkləri xahiş edilir.

Email: [email protected]  

İşəgötürənin reytinqi

Domino’s Pizza Azerbaijan tərəfindən digər vakansiyalar